Millət vəkili, politoloq Rasim Musabəyovun sülhməramlılarla bağlı Rusiyanın “NTV” kanalına verdiyi müsahibə cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki Musabəyov açıqlamasında Türkiyə Ordusunun Qarabağa gəlməsinə etiraz edib. Bunun regiondakı təhlükəsizliyə zərər verə biləcəyini deyib.
Məsələyə münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Rasim Musabəyov bu çıxışı ilə öz düşmən münasibətini və bu xalqdan olmadığını göstərib:
“Bütövlükdə bu məsələdə Azərbaycan dövlətçiliyinin, o cümlədən İlham Əliyevin bir nömrəli əleyhidarı olduğunu nümayiş etdirib. Amma həm də ola bilsin ki, daha böyük havadarı var deyə, ona arxalanır və Stepan Şaumyanın təyin elədiyi Bakı komendantı olan babasının xarakterinə uyğun hərəkət edərək onun nəvəsi olduğunu xatırlatmaq istəyir.
Bu, satqın mövqedir, amma özbaşına deyil, şübhəsiz ki, onu danışdıranlar var. Yəqin ki, mandat verdirənlər onun belə əcayib səslər çıxarmasına şərait yaradırlar”.
Həmsöhbətimiz Rasim Musabəyovun bu açıqlamaya görə cəzalandırılmalı olduğunu vurğulayıb:
“İlham Əliyev sayın Rəcəb Tayyib Ərdoğanın dostu, qardaşı olduğunu, Türkiyənin bizə həm mənəvi, həm siyasi, həm də diplomatik dəstək göstərdiyini deyir. Bu adam isə həmin mövqeyə dil uzadır. Çünki sırf anti-milli mövqedən çıxış edir.
Belə bir ehtimal da var ki, o, beşinci kolonun nümayəndəsi kimi çıxış edir və yaxud da ona elə belə danışmaq lazım olduğunu deyiblər. Amma birmənalı şəkildə atılan bu addım şəhidlərin ruhuna xəyanət, Türkiyəyə və türklüyə qarşı olan münasibətdir. Yəni gerizəkalılıq, tərbiyəsizlik, səviyyəsizlik və bütövlükdə tarixi saxtalaşdırmaqdır. Ortada böyük bir qanmazlıq var. Adam 44 günlük müharibədə əldə olunan qələbəyə də dil uzadır. Dost da, düşmən də bilir ki, bu qələbə Türkiyənin mənəvi, siyasi, diplomatik dəstəyi ilə qazanılıb.
Seçicilər - əgər onu, həqiqətən də, səsvermədə seçənlər varsa - buna reaksiya göstərməlidir. Bu son yaramaz seçkidə onu seçənlər öz seçimlərinin nəticəsinə - Rasimin çıxışına münasibət bildirməli, onu geri çağırıb yerində oturtmalıdır. Bu tərbiyəsizliyə tez zamanda son qoyulmalıdır. Bildirim ki, mən sizə və sizin oxucularınıza hörmət edərək kəskin ifadələr işlətmədim”.
“Bu, şəhidlərin ruhuna xəyanət, tərbiyəsizlik, səviyyəsizlikdir”
05
dekabr
12:21
Qarabağ
KOMMENTLƏR
“Məndən əl çəkin!” – Jurnalist Rasim Musabəyovu “yaramaz” adlandırdı
Azərbaycan ABŞ üçün önəmli partnyordur - VİDEO
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı