"Mən gözləyirəm ki, paraddan sonra Prezident İlham Əliyev və Ərdoğan münasib bir zaman seçib işğaldan azad olunan rayonlara birgə səfər edəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək Qələbə paradında iştirakını şərh edərkən deyib. Onun fikrincə, Ərdoğanın Bakıda olması doğru strategiyadır:
"Möhtəşəm bir gün olacaq. Çünki Azərbaycan Qarabağ müharibəsində böyük zəfər qazandı. Əlbəttə ki, bunu böyük təntənə ilə qeyd etmək lazımdır. Bu problemin həllində Türkiyə bizə hər cür dəstək verib. Biz bunun da şahidi olacağıq. Hətta onların Şuşaya da getməsi gözlənilir”.
Elxan Şahinoğlu bildirib ki, paradda Ermənistan silahlı qüvvələrindən qənimət kimi ələ keçirdiyimiz texnikalar da nümayiş olunacaq:
"Bu da düşmənə növbəti zərbə olacaq”.
Politoloq onu da əlavə edib ki, bunula paralel türk hərbiçilərinin bölgədə yerləşdirilməsi məsələsinin də bu səfər çərçivəsində nöqtəsi qoyulacaq:
"Çünki artıq cəmiyyət də bunu çoxdan gözləyir. İstəyir ki, Türkiyə hərbçiləri Dağlıq Qarabağda Azərbaycan hərbçiləri ilə birgə yerləşsin və azərbaycanlılar qayıdacaqları vaxt təhlükəsizliyə təminat alsınlar. Bu bölgədə Rusiya hərbiçiləri nə qədərdirsə, eyni ilə Türkiyə hərbiçisi də olmalıdır”.
Qeyd edək ki, dekabrın 10-da Bakıda Qələbə paradı keçiriləcək. Paradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
03
dekabr
14:24
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev