Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.
“Yeni Sabah” xəbər verir ki, Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.
Məsələ ilə bağlı haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev facebook səhifəsində bu sözləri yazıb: “Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”.
Rasim Musabəyovun “MediaPost”a açıqlamasında deyilən tənqidlərə belə münasibət bildirib: “Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”.
Qeyd edək ki, Rasim Musabəyov Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəridir. Vaxtilə Cümhuriyyətə xəyanət edib, Moskvaya xidmət edənlərdan biri olan Qəzənfər Musabəyovun nəvəsidir.
“Məndən əl çəkin!” – Jurnalist Rasim Musabəyovu “yaramaz” adlandırdı
04
dekabr
11:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat