Müğənni Roza Zərgərli qaziyə toy edəcək.
Bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib. Belə ki, qazi Musa Hüseynovun evinə yollanan Zərgərli onun toyunu edəcəyini, istədiyi müğənniləri çağıracağını deyib:
"Sənin üçün əlimdən ancaq bu gəlir, toyunu özüm edəcəm. Bütün hər şeyi boynuma götürürəm. Bir də hansı müğənnini istəsən, bura gətirəcəm. Toyunu bütün Tovuz əhli üçün edirəm".
Qazimiz müharibədə axıra qədər iştirak edə bilmədiyi üçün təəssüfləndiyini qeyd edib:
“Yaralanmasaydım, hərbidə qalacaqdım. Komandirimə də demişdim ki, getməyəcəm, qalacam. Amma belə oldu. Təkcə ona pis oluram ki, sona kimi gedə bilmədim. Yaralananda da qorxmadım. Öz istəyimlə getmişəm. Minadır düşdü, partladı. Olan işdir”.
скачать dle 12.1