“Şanlı Müharibəmizin yekununa da Şuşa şəhərində vuruldu”.
Bunu Prezident İlham Əliyev bu gün keçirilən Zəfər paradında deyib.
Dövlət başçısı bildirib ki, noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir:
“Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi, işğaldan azad olunan sonuncu şəhər oldu. Şuşa düşməndən azad olunandan sonra düşməmin beli qırıldı. Düşmən təslim olmağa məcbur oldu. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək sıldırım qayaları dəf edərək, qalalar vasitəsilə dırmaşaraq Şuşaya qalxıb, orada əlbəyaxa döyüşdə düşməni məhv etdi. Azərbaycan bayrağını Şuşada qaldırdı. Bundan bir gün sonra daha 70 kənd işğalçılardan azad ediləndən sonra Ermənistan təslim oldu. Ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı, imdad dilədi”.
“Övladlarımız əlbəyaxa döyüşlə Şuşada bayraq qaldırdı” - Ali Baş Komandan
10
dekabr
14:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat