Qarabağın tacı sayılan qədim Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad edilməsi ölkəmizdə əsl bayram təntənəsi ilə qeyd edilməkdədir.
Bu tarixi günlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, 8 noyabr tarixini ümummilli qürur günü kimi xarakterizə etdi:
“Hər bir şəhərimiz, hər bir kəndimiz bizim üçün əzizdir. Bu qələbələrə hər birimiz ürəkdən sevinirik. Şuşanın işğaldan azad edilməsi isə bizi ikiqat sevindirir. 8 noyabr bizim üçün ümummillli qürur günüdür. 8 noyabr tarixində Şuşanın azad edilməsi ilə əzilən qürurumuzu yenidən xilas və toxunulmaz etdik. Şuşanın azad edilməsi ilə əyilən belimizi dikəldə bildik.
Şuşanın azadlığı bu illər ərzində Ali Baş Komandanın çəkdiyi zəhmətin, sərgilədiyi fədakarlıqların bəhrəsidir. 8 noyabr tarixi sadəcə ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlının başını dik tutduğu bir gündür. 8 noyabr millətimizin özünütəsdiqi günüdür.
Ordumuzun bu zəfəri göstərdi ki, Azərbaycan bir dövlət, bir millət kimi özünü, öz torpaqlarını qorumağa, onun torpaqlarına göz dikənləri məhv və məğlub etməyə qadirdir.
Şuşanın azad edilməsi münasibəti ilə cənab prezident xalqımızı təbrik etdi. Biz də bu təbriklərə qoşuluruq. Şuşanın azadlığı münasibəti ilə bütün türk dünyasını, bütün dostlarımızı təbrik edirik. Çünki 8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir. Arzu edirik ki, bayrağımız hər zaman ucalarda dalğalansın”.
"8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir" - deputat
09
noyabr
09:25

Qarabağ
KOMMENTLƏR
Şuşanın azadlığından sonra Bakı... (FOTOLAR)
İlham Əliyev: "8 noyabr Azərbaycan tarixində əbədi qalacaq”
“Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq”
“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması
Tərtərin Şuşa həsrəti ilə yaşayan ən yaşlı cütlüyü: "Qaça-qaça gedərik” - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat