"İllərimi saxtakar qadının yanında keçirtdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadının”.
Yenisabah.az xəbər verir ki, bu sözləri gəlini Əməkdar artist Mətanət İsgəndərli haqda yazıb. İsgəndərlinin oğlundan boşanan Canana müğənnini saxtakar adlandırıb:
“Çox şükür ki, bu səbrimin qarşısında Allah mənə üç övlad bəxş edib. Saxtakar ana adını daşıyan qadın, Allahın qarşısında axıtdığım hər göz yaşıma görə cavab verəcəksən. Zaman hər şeyin dərmanıdır".
Qeyd edək ki, Canana ilə M.İsgəndərli arasındakı qalmaqala səbəb yaşadıqları ev olub. Kərim və Canananın bu evlilikdən 3 övladı var.
скачать dle 12.1