44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatdı. Hazırda xalqımız müharibənin yaralarını sarımaqla məşğuldur. İkinci Qarabağ Müharibəsində qazi olanlardan biri də Xaçmaz rayonun Maqsudkənd kəndindən olan Səbuhi Hüseynlidir.
Anası Samirə Əhmədxanova açıqlamasında bildirib ki, Səbuhi oktyabrın 26-sı Xankəndidə başından qəlpə yarası alıb. 1 oğul atası olan 23 yaşlı hərbçimiz artıq 50 gündür ki, Neyroсərrahiyyə xəstəxanasında huşsuz vəziyyətdədir. O yaralandıqdan dərhal sonra Füzuli hospitalına, oradan da Yevlax Mərkəzi Xəstəxanasına aparılıb. Lakin yaranın ağırlığı nəzərə alınaraq oktyabrın 28 Bakıya gətirilməsinə qərar verilib. Oktyabrın 30-u cərrah Elşən Hüseynzadə tərəfindən beyin əməliyyatı olunub.
Samirə Əhmədxanovanın sözlərinə görə, oğlu əməliyyatdan iki gün sonra komaya düşüb:
“Oğlum sentyabrın 27-də 651 saylı hərbi hissədən Qusar qoşunu ilə döyüşə gedib. Birinci Ağdam istiqamətində gediblər, sonra onları Füzuliyə gətiriblər. Dəqiq haralarda döyüşdüyünü bilmirəm, amma Xankəndidə yaralandığını özü deyib. Elşən Hüseynzadə onu təxminən 8 saat yaxın əməliyyat edib. Narkozdan ayılanda atası onunla danışıb. Əməliyyatdan sonra oğlumu palataya yerləşdirdilər. Onun kəllə sümüyünü tikməməli olduqları halda tikiblər. Həkim dedi ki, 90 faiz kəllə beyin əməliyyatı olan xəstələrin kəllə sümüyü tikilmir, amma Səbuhinin vəziyyətini yaxşı görüb tikiblər. İki gün keçəndən sonra dedilər ki, vəziyyəti pisləşib, təzədən əməliyyata götürüblər və kəllə sümüyünü çıxarıblar. Hazırda onun kəllə sümüyü evdə soyuducuda dərman içərisindədir, həkim verib. İnşallah, Səbuhi 5-6 aya sağalsa, o qapağı yerinə tikəcəklərini dedilər. Əgər o qapağı tikməsələr, bəlkə də oğlumun vəziyyəti indi belə olmayacaqdı. Mən bunu həkimə deyəndə həkim də təsdiqlədi. İndi oğlum çox acınacaqlı vəziyyətdədir”.
Qazi anası oğlunun vəziyyətinin yaxşılaşmadığını, yaradan iltihab gəldiyini və bu vəziyyətin onları çox qorxutduğunu deyir. Ana övladının ölkə başçısının dəstəyi ilə xaricdə əməliyyat olunmasını xahiş edir:
“Prezidentimiz kömək etsin, əgər mümkündürsə, oğlumu xaricdə əməliyyat etdirsinlər. İki aya yaxındır ki, oğlum xəstəliklə mübarizə aparır, təslim olmaq istəmir, bir işıq yolu axtarıram. Səbuhi xaricdə əməliyyat olunsa, bəlkə yaşayar, indi onun vəziyyəti çox ağırdır. Axı mənim kəşfiyyatçı oğlum silahdaşları ilə qəhrəmanlıq tarixi yazıb. O, mənim yeganə övladımdır. Başqa bu həyatda heç nəyim yoxdur, heç kimdən də heç nə istəmirəm, sadəcə oğlumun sağalmasını istəyirəm, heç olmasa onu əlil arabasında mənə versinlər, 23 yaşı var, o həyatın heç bir gözəlliyini görməyib. İcazə verməyin ki, oğlum düşmən minasının qurbanı olsun”.
Xankəndidə yaralanan qazimizin durumu ağırdır
16
dekabr
11:40

Qarabağ
KOMMENTLƏR
Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - FOTOLAR
Yaralı qazimizin müalicəsi niyə dayandırılıb? - GİLEY
Amin Musayevin anası insult keçirdi
Şuşanın azad edilməsini Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı kimdir? - FOTO
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu (VİDEO)
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat