“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun -“YAŞAT” Fondunun yaradılması bütün dünya azərbaycanlılarının ürəyindən xəbər verdi”.
Deputat qeyd edib ki, “YAŞAT” Fondunun yaradılması ilk növbədə Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına sonsuz diqqətin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətin ən bariz nümunəsidir.
“Müşahidələr göstərir ki, Fondun yaradılmasına cəmiyyətin münasibəti olduqca müsbət oldu. Dövlətin fərmanla müəyyən olunan qruplara münasibəti ilə yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız “Yaşat” Fondu üçün bütün mümkün dəstəyi göstərəcəklərini ifadə edirlər. Bu da bir daha onu sübut edir ki, Azərbaycan xalqı humanizm prinsirlərini, yardımlaşma ənənəsini davam etdirir, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının ödənilməsinə həssaslıqla yanaşır, soydaşlarımızı yaşatmaq üçün əlindən gələni əsirgəmir.
Cənab Prezident İlham Əliyev Vətən müharibəsində yaralanan soydaşlarımızla görüşündə dəfələrlə qeyd edib ki, şəhid ailələri, cəbhədə yaralananlar, müharibə iştirakçıları onun şəxsi nəzarətindədir. Bu gün hər yerdə Cənab Prezidentin tapşırığını əsas götürərək şəhid ailələrinə və yaralılara, hərbçilərə olduqca həssas münasibət göstərildiyini müşahidə edirik. Qəti əminik ki, bu qayğı bundan sonra bir az da artacaq və cəmiyyətin Vətən övladlarına, qazilərə, şəhid ailələrinə həssas münasibəti “Yaşat” Fondunun timsalında daha aydın formada ortaya qoyulacaq.
Mən də bir vətəndaş kimi bütün imkanlarımı səfərbər edərək “Yaşat” Fonduna dəstək olacağam. Hər bir Azərbaycan vətəndaşından bu məsələyə həssas yanaşmağa və yüzlərlə insanın ehtiyaclarının ödənməsi üçün əllərindən gələni əsirgəməməyə çağırıram”.
Deputatdan vətəndaşlara çağırış
09
dekabr
15:15

Qarabağ
KOMMENTLƏR
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
“YAŞAT”ın Himayəçilik Şurasının ilk iclası keçirildi
“YAŞAT” Fondunun bank rekvezitləri açıqlanıb
“YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi - SİYAHI
Döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək veriləcək - Azərbaycanda “YAŞAT” Fondu yaradıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat