““Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 9.5-ci maddəsində göstərilir ki, dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi ən azı 3 metrdən yüksək olsun. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Əgər biz qanunu qəbul edib onu bayraq adlandırırqsa, ona parça deməyə mənəvi haqqımız yoxdur”.
Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarda dəyişiklik edilməsi məsələsi müzakirə olunan zaman deyib.
Hikmət Babaoğlu bildirib ki, həmin maddədə “parça” sözü “bayraq” sözü ilə əvəz olunmalıdır. Millət vəkili həmçinin, qeyd edib ki, qanunun 9.3-cü maddəsində “dövlət bayrağı bütöv olmalı” sözünə də ehtiyac yoxdur. Çünki bayraq bütöv olması şərtdir.
Azərbaycan Respublikası Baş nazirinin dövlət bayrağından istifadə qaydaları haqqında qərarına gəlincə, Hikmət Babaoğlu deyib ki, bu məsələni vaxtilə müxalifət gündəmə gətirərək ictimai rəylə manipulyasi etdi: “Burada rənglərin sağdan sola və soldan sağa düzümü məsələsi var. Ona görə də, bayrağa üzbəüz durub baxsaq, qaydalara uyğundur. Yerimizi dəyişdikcə, rənglərin yeri dəyişəcək. Əslində, belə qərarın verilməsinə xüsusi ehtiyac yoxdur. Amma əgər qərar qəbul olunubsa, tənqid etdiyimiz qədər ona bəraət də verə bilərik”.
"“Parça” “bayraq” sözü ilə əvəz olunmalıdır" - Deputatdan TƏKLİF
30
sentyabr
18:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev