Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yeni yaşayış məhəlləsində olub, burada fəaliyyət göstərən icmanın üzvləri ilə görüşüb.
Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri görüş iştirakçılarına qaçqınlarla və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin məqsəd və prinsipləri, prioritetləri barədə məlumat verib. Qeyd edilib ki, xalqın sosial rifahının yüksəldilməsinə yönəldilmiş sosial-iqtisadi islahatlar çərçivəsində məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Onlara dövlət büdcəsindən verilən vahid aylıq müavinətin, yeni salınan qəsəbələrin sayı ilbəil artır, hər il əvvəlkindən daha çox sayda məcburi köçkün ailəsi tam təmirli rahat mənzillərə köçürülür.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva əhalinin bu həssas kateqoriyasına aid olan vətəndaşların problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Müvəqqəti sığınacaqlarda hələ də ən ağır vəziyyətdə yaşayan məcbiri köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər.
İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək, müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib. O, icmanın məqsədlərindən danışarkən qeyd edib ki, məcburi köçkülər arasında hüquqi maarifləndirmə işinin aparılması, onların məşğulluğunun artırılmasına ictimai dəstəyin təmin olunması, gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliği qarşıya mühüm vəzifə kimi qoyulub. Bundan başqa, məcburi köçkünlərin sosial-məişət probleminin həllinə yardım göstərilməsi, qəsəbədə birgəyaşayış qaydalarına əməl edilməsinə ictimai nəzarətin təşkili də icmanın fəaliyyətində mühüm istiqamətlərdir. Ən başlıcası, icma məcburi köçkünlərin işğaldan azad ediləcək doğma yurda qayıdışına hazırlıq məsələsini hər an gündəlikdə saxlayacaqdır.
Dövlət Komitəsinin sədri qarşıya qoyulan xeyirxah və vacib vəzifələrin yerinə yetirilməsində icma üzvlərinə uğurlar arzulayıb, onların fəaliyyətinə lazımi dəstək veriləcəyini bildirib.
Görüş səmimi söhbət şəraitində keçib, məcburi köçkünlərin müraciətləri dinlənilib və qeydə alınıb, onların qaldırdıqları məsələrin həlli üçün müvafiq tədbirlər müəyyənləşdirilib.
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
30
sentyabr
19:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev