Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib.
Komitədən BAKISESI.COM-a verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları iştirak ediblər.
Vətəndaşlar Dövlət Komitəsinin rəhbər şəxsləri tərəfindən fərdi qaydada qəbul ediliblər. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.
Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşulluğunun təmin edilməsini və maddi rifahının yüksəldilməsini diqqət mərkəzində saxlayır. Bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həlli sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müharibədən zərər çəkən insanların, o cümlədən məcburi köçkünlərin daim qayğısına qalır, onların mənzil, təhsil, sağlamlıq problemlərinin həlli üçün mühüm işlər görür.
Dövlət Komitəsində vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.
Məcburi köçkünlərlə növbəti görüş
12
mart
22:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat