İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi, Azərbaycan ordusunun zəfər simvolu olan möhtəşəm Xarı bülbül emblemi Şuşa şəhərinin girişində torpağa sancılıb.
Şuşada Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etdiyi zaman qəhramanlıqla şəhid olan əziz soydaşlarımızın müqəddəs ruhunu anmaq, onların qəhrəmanlıq hekayələrini gələcək nəsillərə ötürmək üçün anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycan mədəniyyətinin tanınmış simaları xalq artistləri Alim Qasımov, Nürəddin Mehdixanlı, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Natiq Şirinov, Nəzakət Teymurova, əməkdar artistlər Sevda Ələkbərzadə, Rəşad Haşımov, Lamiyə Kərimova, Fərqanə Qasımova, Mehriban Zəki, gənc ifaçılar Mirələm Mirələmov, Murad Arif, Çingiz Mustafayev iştirak ediblər.
Tədbir iştirakçıları Gövhər Ağa Məscidini ziyarət edərək torpağlarımızı həyatı bahasına işğaldan azad edən şəhidlərimizin ruhuna dualar oxuyub, əziz xatirələrini yad ediblər. Şəhidlərə həsr olunmuş bir neçə şeir səsləndirən Nurəddin Mehdixanlının gecəyə qatdığı ovqat Şuşada xidmət edən əsgərlərimizin də ürəyincə olub. Qarabağ həsrətinin bitməsini tərənnüm edən Xarı Bülbülün emblemi tarixi ərazilərinə sahib çıxan Azərbaycanın rəmzi kimi Şuşanın girişində torpağa sancılıb.
Bu ədəbi-bədii gecə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbəmizə və Şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə layihələrdən biridir.
Xarı Bülbül emblemi Şuşanın girişində sancıldı - VİDEO
04
yanvar
16:10
Qarabağ
KOMMENTLƏR
Şuşanın azadlığından sonra himnimizi qələbə ovqatında oxudular - VİDEO
Suraxanıda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib - Fotolar
Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi qeyd ediləcək
“Xarı Bülbül“ beynəlxalq kiberidman turnirinə start verilir
“Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək” - Vüsal Qasımlı
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev