44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Məmmədov Sadiq Sadəddin oğlu da var.
Sadiq Məmmədov 1981-ci ildə Qax şəhərində dünyaya göz açıb. Ailənin birinci övladı olan Sadiq məktəbdə oxuduğu dövrlərdə təlim-tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Dəfələrlə şahmat və idman yarışlarında birincilik əldə edib. Sadiq 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2002-ci ildə həmin Akademiyanı leytenant rütbəsi ilə bitirib. Zabit kimi xidmətinə Salyan rayonunda "N" saylı hərbi hissədə başlayıb. Daha sonra bir neçə hərbi hissədə xidmətini davam etdirib. 22 illik xidməti dövründə nizam-intizamı, döyüş təcrübəsinə görə müxtəlif dərəcəli medallar və fəxri fərmanlarla mükafatlandırılıb, polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.
2016-cı il aprel döyüşlərində iştirak edən Sadiq Məmmədov 27 sentyabrından başlayan Vətən Müharibəsinin qəhrəmanlarından biri olub.
Qəhrəmanın həyat yoldaşı Pərvanə Məmmədova, anası Səadət Məmmədova və atası Sadəddin Məmmədov Sadiqin vətəninə, dövlətinə və işinə bağlı olduğunu bildirir, onunla hər zaman fəxr etdiklərini qeyd edirlər.
39 yaşlı Sadiq Məmmədov 26 oktyabr tarixində Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 2006-cı ildə ailə həyatı quran Sadiq Məmmədovun 2 oğul və 1 qız övladı ondan yadigar qalıb.
Qeyd edək ki, polkovnik-leytenant Sadiq Məmmədov vətənə olan vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı"ordeni və "Vətən uğrunda"medalı ilə təltif edilib. (Report)
Allah rəhmət eləsin!
Bəy kostyumunu hərbi mundirə dəyişən şəhid polkovnik-leytenant - Video
05
yanvar
11:51
Qarabağ
KOMMENTLƏR
“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO
Düşmənin yeddi postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov - VİDEO
Yaralı halda əraziləri minadan təmizləyən qəhrəman zabit - Video
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
Vətən Müharibəsi Qəhrəmanı - Şəhid kapitan (FOTO)
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev