İnsanlar minillərdir ki, həzm problemlərini və digər xəstəlikləri müalicə etmək üçün bitki çaylarından istifadə edirlər. Bilirik ki, bəzi bitki çayları ürək bulanması, qəbizlik, həzmsizlik və daha bir çox problemlərə kömək edir. Xoşbəxtlikdən belə çayların əksəriyyəti geniş yayılıb.
Zəncəfil çayı
Milli.Az medicina.az-a istinadən bildirir ki, nəmli və isti iqlimlərdə yetişən sarı rəngdə çiçəklər açan zəncəfildəki birləşmələr mədəni sancı və qazdan xilas etməyə kömək edir. Zəncəfil ürəkbulanma, qıcolma, şişkinlik və həzmsizliyə də yardımçıdır. Zəncəfil çayını dəmləmək üçün 2 stəkan (500 ml) suda 2 xörək qaşığı (28 qram) dilimlənmiş zəncəfil kökünü 10-20 dəqiqə qaynatmaq lazımdır.
Şüyüd çayı
Şüyüd çoxyönlü istifadə olunan bitkidir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, şüyüd mədə xoralarının qarşısını alır. Bundan əlavə qəbizliyin aradan qaldırılması üçün də əvəzsiz vasitədir.1 çay qaşığı (4 qram) şüyüd toxumunun üstünə 1 stəkan (250 ml) qaynar su tökərək şüyüd çayı hazırlaya bilərsiniz.
Gicitkən çayı
Tərkibində yüksək miqdarda dəmir var. Anemiyanın müalicəsində istifadə edilir. Həmçinin həzm sistemini normallaşdırır və orqanları təmizləyir. Sidik yolları infeksiyasının müalicəsində köməkçi vasitədir. Öskürəyə yaxşı təsir edir, immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.
Kəklikotu çayı
Təxminən bir-birindən müxtəlif 350 növü olan kəklikotu güclü antioksidantdır. Öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımlı minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaraları sağaldır, diş əti xəstəliklərinə qarşı mübarizə aparır. Antiseptikdir, soyuqdəyməni aradan qaldırır, şişkinliyi və stresi azaldır.
Nanə çayı
Həzm sistemi üçün çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köp əleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesini yaxşılaşdırır, ödqovucu təsirə malikdir. Nanə çayı etmək üçün 1 stəkan (250 ml) qaynar suda 8-10 təzə nanə yarpağı dəmləyin.
Çaytikanı çayı
Bir çox faydalı xüsusiyyətlərlə zəngindir. Bunun səbəbi bitkinin zəngin kimyəvi tərkibdir. Çaytikanı A, B, C, K, E, P vitaminləri, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, flavonoidlər və s. aktiv maddələrlə zəngindir. Çaytikanı yağı mədə və 12 barmaq bağırsaq xorası zamanı çox effektli müalicəvi vasitə kimi istifadə olunur. Dəmləmək üçün 150qr çaytikanını 500ml qaynar suya tökərək 20-25 dəqiqədəm almasını gözləmək lazımdır.
Həzmi yaxşılaşdıran faydalı bitki çayları - SİYAHI
04
oktyabr
18:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev