"İlkin mərhələdə seçim imkanları məhdud olsa da, gələcəkdə vaksin namizədlərin sayı artacaq. Vətəndaşın yaşadığı ölkədə aparılan vaksinasiyada hər hansı digər vaksindən istifadəsi gələcəkdə mümkün olacaq. Əsas vətəndaşlarımızın sağlamlığının qorunması üçün düzgün vaksinasiyanın aparılmasıdır. CoronaVac-dan sonra digər vaksinlərin də fayda-risk nisbətləri (keyfiyyəti, effektivliyi və təhlükəsizliyi nəzərə alınmaqla) qiymətləndirilərək ölkəyə gətirilə bilər".
Bu barədə TƏBİB-in Dərman və Tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.
O qeyd edib ki, Azərbaycanda ilkin mərhələdə vaksin olunanların qeydiyyatı elektron şəkildə aparılacaq. Lakin sonradan ehtiyac yaranacağı təqdirdə vaksin vurulması haqqında təsdiqedici sənəd vətəndaşlara təqdim olunacaq. Departament rəhbəri söyləyib ki, hər bir ölkə vaksin seçimində sərbəstdir:
"Avropa Dərman Agentliyinin bu barədə rəsmi qərarı yoxdur. Bu cür məsələlərə hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən baxılır və ÜST bu cür vaksinasiya pasportunun tələb olunmasının hazırda düzgün olmaması qənayətindədir. Belə ki, ölkələr fərqli vaksinlər tətbiq etdiklərindən və onların yeni olmaları nəzərə alındıqda bu məsələ aktual hesab edilmir. Hazırkı vəziyyətdə xarici ölkələrə səfərlər zamanı əsas analiz nəticələrinin neqativ olması tələb olunmağa davam ediləcəyi ehtimal olunur".
Vaksin olunmuş şəxsin bir daha koronavirusa yoluxma ehtimalına aydınlıq gətirən departament rəhbəri bildirib ki, vaksinin 100 faiz bizi qoruyacağını demək düzgün deyil:
"Vaksinasiya bizi ağırlaşmalardan, ciddi fəsadlardan qoruyacaq. Bunun ən azı 6 aydan 1 ilə kimi olacağı elmi tədqiqatlara əsasən bilinir. Ümumiyyətlə, bizi orqanizmimizin immun cavab reaksiyası qoruduğundan fərdi olaraq şəxslərdə qoruma müddəti daha uzun ola bilər". (APA)
Vaksin bizi 100 faiz qorumayacaq - TƏBİB-in departament rəhbəri
19
yanvar
10:46
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev