“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanı məhkəməyə verib.

Yeniavaz.com xəbər verir ki, növbəti məhkəmə iclası 01.02.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək.
Məlumat üçün bildirək ki, İlqar İsmayılov 2017-ci ildə “Premium bank” rəhbərliyinin onun adına 5 milyon manatlıq saxta kredit müqaviləsi hazırladığını iddia edir.
Qeyd edək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb.
Bankın əsas səhmdarı AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.
Bankın nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya aiddir. Zərifə Həmzəyevaya eyni zamanda nizamnamə kapitalı 18 milyon 750 min manat olan “Gazelli Group” MMC-nin qanuni təmsilçisidir.
Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏBскачать dle 12.1