Əvvəllər “Azal Bank”, sonradan adı “ Bank Silk Vey” olan bankın kimə məxsus olması heş kimə sirr deyil.
Bu bankın səhmlərinin 84.5 faizi AZAL-ın prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsusdur.
Yəni söhbət Cahangir Əsgərovdan gedir.
Hansı ki, bir neçə gün öncə cənab Prezident İlham Əliyev keçirdiyi müşavirədə sual etdi ki, AZAL-ın təyyarələrini dövlət alır, bütün xərcləri dövlət ödəyir...Bəs gəlirlər hara gedir ?
Neçə ildir ölkənin parlamentində bəzi deputatlar deyir ki, biz baha olduğuna görə Bakıdan harasa uça bilmirik, məcbur oluruq qonşu Gürcüstanın paytaxtı Tbilisidən xarici ölkəyə uçuruq. Qazanan Gürcüstan olur.
Bu adam kimə güvənir ?
Bir sözlə, Cahangir müəllim lap həddini aşıb.
Cahangir Əsgərovla bağlı gundelik-baku.com-a ilginc məlumat daxil olub.
Deməli, AZAL prezidenti quruma dəxli olmayan şəxslərə arayış verir ki, guya AZAL-da işləyir və bu qədər maaş alır. Və həmin arayış əsasında ev almaq üçün ipoteka növbəsinə yazılır.
Amma sonda məlum olur ki, vətəndaşın ümumiyyətlə, AZAL- a dəxli yoxdur.
Digər vacib məsələ odur ki, AZAL-da bizim öz vətəndaşlarımız 500-600 manat maaş aldığı halda, Ukraynadan gələn müəllimin dostları olan qızlar ayda 2500 manat maaş alır.
Ay müəllim bu necə olur ?
Sənə yaxın gündə sənədləri təqdim edəcəyik.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)
Cahangir Hacıyevin bankı əcnəbi qızlara nə qədər maaş verir ?-İLGİNC
18
sentyabr
15:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat