Respublikamızda cinayət törətmiş şəxslərdən 8149 nəfəri əfvetmə ilə azadlığa buraxılıb.
Bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda mətbuat konfransında bildirib.
İ.Məmmədovun sözlərinə görə, ötən il yaşı 65-dən yuxarı olan şəxslərdən 176 məhkum azadlığa buraxılıb:
“Onlardan iki nəfəri ömürlük azadlıqdan məhrum edilmiş şəxslər olub. Ümumilikdə ötən il cəzaların icrası ilə bağlı mühüm işlər həyata keçirilib. Məhkumların saxlanma şəraiti, qidalanması, tibbi-texniki təminatı daim nazirliyin diqqətində olub. Məhkumlarla görüşlərin keçirilməsi pandemiya şəraitində məhdudlaşdırılsa da, görüşlər videoformatda keçirilib”.
Nazirlik rəsmisi deyib ki, ötən il 1884 məhkum barədə təqdimatlara baxılıb:
“Müraciətlərin 91 faizinə baxılıb, 334 məhkum cəzadan tamamilə azad edilərək azadlığa buraxılıb. 590 məhkumun cəza müddət azaldılıb. Onlardan 12 nəfəri qadın, 269 nəfəri isə hərbi cinayətləri törətmiş şəxslər olub. Cinayətlər nəticəsində vətəndaşlara dəyən 115 milyon manat ziyan ödənilib”.
O qeyd edib ki, Qarabağ müharibəsində şəhid olan, yaralanan şəxslərin ailə üzvlərinin uçotu hazırlanıb:
“Onların sayı çox deyil, təxminən 30-dan çox insandır. Onlardan bəziləri vaxtından əvvəl azadlığa buraxılıb, qanun imkan verən məhkumların cəza müddəti azaldılıb. Həmçinin qanun imkan verdiyi üçün bir məhkuma şəhid oğlunun dəfnində iştirak üçün icazə verilib”.
Oğlu şəhid olan məhkumlara icazə verilib - RƏSMİ
25
yanvar
13:21
Qarabağ
KOMMENTLƏR
Azərbaycanda 13 minə yaxın şəxs məhkum edilib
Əfqanıstanda epidemiya ilə əlaqədar yüzlərlə məhbus azadlığa buraxıldı - VİDEO
Azərbaycanda pandemiyaya görə əfv olunan məhkum azadlığa çıxmaqdan imtina etdi
Ötən il əsgərliyə getmək istəməyən 33 nəfər axtarışa verilib
Musa Hümbətov: “75 məhkum cəza çəkməkdən azad edilib”
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev