Cəza siyasətinin humanistləşdirilməsi, Cinayət Məcəlləsinə edilən çoxsaylı dəyişikliklər nəticəsində bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib.
Bununla bağlı Ədliyyə Nazirliyinin canlı yayımında nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məlumat verib.
O bildirib ki, bu istiqamətdə ölkə prezidentinin 22 may 2020-ci il tarixli Fərmanında verilmiş tapşırıqların icrası məqsədilə Ədliyyə naziri tərəfindən əhatəli əmr imzalanıb və konkret tədbirlər müəyyən edilib:
“Sözügedən əmrin icrası ilə bağlı müvafiq Qanunun düzgün və mütəşəkkil təşkili, zəruri metodiki köməkliyin göstərilməsi məqsədilə Probasiya Xidmətində İşçi Qrupu yaradılıb, yerlərə göstərişlər ünvanlanıb.
Qısa müddətdə Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi məqsədilə yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların şəxsi işləri, barələrində qəbul edilən hökmlər diqqətlə öyrənilib.
Bu il avqustun 1-nə olan məlumata görə, yerli probasiya qurumları tərəfindən məhkəmələrə 230-dan çox təqdimat verilib, onlardan 84-nə baxılıb, 75 məhkum cəza çəkməkdən azad edilib”.
Musa Hümbətov: “75 məhkum cəza çəkməkdən azad edilib”
26
avqust
14:17

Qarabağ
KOMMENTLƏR
Karantin rejimini bəhanə edərək alimentdən yayınanlar məsuliyyətə cəlb edilib - RƏSMİ
Azərbaycanda bu insanların gecə 11-dən sonra çölə çıxması QADAĞANDIR - RƏSMİ
Bakıda evə oğurluğa girən Səbinədən ağlasığmaz üsul - Evi şərikləri ilə belə soydu
Fikrət Məmmədov: 1500 məhkuma elektron qolbaq tətbiq edilib
Nazir açıqladı:
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat