“Qarabağ zəfəri 2020-ci ilə damğasını vurub. Bu zəfər türk dünyasının əldə etdiyi ən şanlı qələbələrdən biridir”.
Bunu Bakəda səfərdə olan Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) Sədrinin müavini Mevlüt Karakaya mətbuat üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycanın Şuşanı azad etməsi qələbəni şərtləndirən amillərdən biri olub.
M.Karakaya qeyd edib ki, Şuşa qələbəsindən sonra MHP başqanı Dövlət Baxçalı övladlarımızın təhsilinə dəstək üçün Şuşada orta məktəbin tikilməsini təşəbbüs edib:
“Bizə bu məsələ ilə bağlı tapşırıq verilib. Bu məqəsdlə Bakıya gəldik. Biz Prezident İlham Əliyev və təhsil naziri ilə görüşdük. Bu gün cənab İlham Əliyev bizi qəbul etdi və çalışmalarımız haqqında məlumat aldı, məktəbin yerinin müəyyən edilməsi ilə bağlı tapşırıq verdi və bu məsələnin tez bir zamanda həll edilməsi ilə bağlı göstəriş verdi. Biz partiya adından cənab Prezidentə təşəkkür edirik”.
M.Karakaya deyib ki, Şuşada tikiləcək məktəbin layihəsi ən qısa zamanda tam hazır olacaq. Onun sözlərinə görə, hazırda məktəbin layihəsi üzərində işlər davam etdirilir:
“Bu gün Bakıda bir neçə məktəbi gəzdik. Təhsil naziri ilə görüşümüz zamanı müəyyən qeydlər apardıq. Bu qeydləri məktəbin layihələndirilməsi zamanı nəzərə alacağıq. Məktəbin layihəsi ən qısa zamanda hazır olacaq. Şuşanın atmosferinə uyğun bir şəkildə məktəb tikiləcək”.
MHP Sədrinin müavini Şuşada tikiləcək orta məktəbin hansı formada idarə ediləcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib.
O qeyd edib ki, məktəbin hansı formada idarə edilməsi ilə bağlı qərarı Azərbaycan Təhsil Nazirliyi verəcək: “Biz məktəbi tikib Azərbaycanın Təhsil Nazirliyinə təhvil verəcəyik. Məktəbin hansı formada və qaydada idarə edilməsinə isə Azərbaycan qərar verəcək. Bizim işimiz məktəbi tikib təhvil verməkdir, ondan sonrasına qarışmayacağıq. Biz çalışacağıq ki, Şuşanın tarixinə, mədəniyyətinə və atmosferinə uyğun bir məktəb tikib qardaş Azərbaycan tərəfinə verəcək”. (Trend)
Şuşada tikiləcək məktəb necə idarə olunacaq?
02
fevral
16:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat