Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən ibtidai məktəb tikdirmək istəyir.
“Anadolu Agentliyi” xəbər verir ki, bu barədə Baxçalı sosial şəbəkədəki hesabında yazıb.
MHP sədri keçən ilə damğasını vuran, milli könülləri sevindirən Qarabağ mübarizəsini Türk millətinin son illərdə əldə etdiyi ən görkəmli zəfərlərdən biri olduğunu ifadə edib:
"8 Noyabr 2020-ci ildə Qarabağın ürəyi olan Şuşanın xilası zülmün müqavimətini qırdı və terrorçu dövlət Ermənistanın şikəst xəyallarını məhv etdi. Şuşa strateji mövqeyinə görə, həmçinin Türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir. Şuşanın inkişafı və burada yaşayan türk uşaqlarının gələcəyi mənəvi məsuliyyətimizdir. Bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək əvəzolunmaz borcumuzdur. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti cənab İlham Əliyev uyğun görərsə, göstərişimlə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada doqquzuncu sinfə kimi məktəb inşa etmək hədəfindəyik. Bu mövzuda sahib olduğumuz bütün imkanlar səfərbər ediləcək və lazım olanlar dərhal yerinə yetiriləcək".
Dövlət Baxçalı Azərbaycan himninin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Üzeyir Hacıbəyliyə məxsus olduğunu bir daha dilə gətirib.
Baxçalı məktəbə dahi bəstəkar Üzeyir Hacıbəylinin adının verilməsini və təməl qoyma gününün 30 Yanvar 2021-ci il tarixində başlamaq barədə arzu etdiklərini bildirib.
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16
yanvar
23:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat