Fransız jurnalistlərdən ibarət nümayəndə heyəti Qarabağa səfər etmək üçün Ermənistana müraciət edib. Ermənistanın razılığından sonra Xankəndinə getməyə cəhd edən jurnalistlər Laçın rayonu ilə sərhəd məntəqəsində Rusiya sülhməramlıları tərəfindən saxlanılaraq geri qaytarılıb.
Bu hadisədən sonra sülhməramlı kontingentin komandiri Rüstəm Muradov Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyana məktub yollayıb. O, bu məktubda yalnız Ermənistan və Rusiya vətəndaşlarının Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa gedə biləcəyini, digər ölkə vətəndaşlarının Azərbaycandan icazə almalı olduğunu qeyd edib.
Maraqlıdır, Ermənistan və Rusiya vətəndaşlarının Azərbaycanın icazəsi olmadan Qarabağa gəlməsi suverinliyimizi təhdid etmir?
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Yenisabah.az-a açıqlamasında bu məsələlərə çoxdan aydınlıq gətirilməli olduğunu vurğulayıb:
“Laçında sülhməramlılarla yanaşı bizim sərhədçilərimiz dayanmalıdır. Bizdə MDB çərçivəsində hüquqi sənəd var. Bu sənədə əsasən, MDB ölkələri arasında vizasız rejim tətbiq olunur. Doğrudan da, Rusiya vətəndaşları üçün vizasız gediş-gəliş mümkündür. Amma Ermənistana aid xüsusi düzəliş var. Orada göstərilib ki, vizasız rejim münaqişə həll olunandan sonra tətbiq oluna bilər. Bu baxımdan Ermənistanın vətəndaşlarını bizim ərazimizə gəlməsi təbii ki, qanunla nizamlanmalıdır. Bu qərarı sülhməramlıların nümayəndəsi yox, Azərbaycan idarə etməlidir”.
Politoloq sülhməramlı kontingentinin komandiri Rustam Muradovun məktubunun münaqişə tərəflərinə ünvanlanan xüsusi mesaj olmadığını diqqətə çatdırıb:
“Bu, sadəcə məktub şəklində Ermənistana göndərilib. Müzakirələr aparılmalıdır. Birdəfəlik məsələ həll olunmalıdır. Orada sərhəd kontrolunu Azərbaycan sərhədçiləri keçirməlidir, başqa hansısa xüsusi şərait yaratmağa ehtiyac yoxdur”.
“Laçın dəhlizində sülhməramlılarla yanaşı, Azərbaycan sərhədçiləri də dayanmalıdır“ - Sabiq nazir
08
fevral
13:56
Qarabağ
KOMMENTLƏR
“Ermənistan rəsmiləri Xankəndinə gəlməyə cürət etməyəcəklər“ - Politoloq
Qarabağda bu sayda erməni yerləşdirilib
"Qarabağa səfərlərə Rusiya sülhməramlıları deyil, Azərbaycan icazə verməlidir" - Çavuşoğlu
Rusiyalı sülhməramlılar Laçın dəhlizində ilk postu qurdular - FOTO
Rus PUA-ları Qarabağda... – “24 saat uçuş”
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev