“Azərbaycanda bəzi deputatlar, məmurlar ölkədə olan kommunal xərcləri, ictimai nəqliyyatda gediş haqqını tez-tez Avropa ölkələri ilə müqaisə edərək, “Görürsüz, bizdə ucuzluqdur”,-deyirlər. Amma heç biri Avropadakı maaşları, sosial yardımları, təqaüdləri yada belə salmır. Bu alma ilə armudu deyil də, alma ilə süzməni müqayisə etmək kimi bir şeydir”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“Azərbaycanda minimum əmək haqqı 250 manat, yəni bugünkü məzənnə ilə 124 avrodur. Avropanın ən kasıb ölkəsi olan Bolqarıstanda isə minimum əmək haqqı 332 avrodur, yəni 680 manat. Keçmiş SSRİ Respublikalarından Litvada minimum əmək haqqı 642 avro (1315 manat), Estoniyada 584 avro (1197 manat), Latviyada isə 500 avrodur (1025 manat). Mən bilərəkdən Şərqi Avropa və keçmiş SSRİ-yə aid olan ölkələrdən misal çəkdim. Amma bizim bəzi qalstuklu müəllimlər Almaniyanı, Fransanı misal çəkirlər, Almaniyada minimum əmək haqqı 1614 avro (3308 manat), Fransada isə 1555 avro (3187 manat) təşkil edir. Minimum əmək haqqının ən yüksək olduğu ölkə isə Lüksenburqdur – 2202 avro (4500 manat), kiçicik bir ölkədir, bizim 20 məmurun villasını bir yerə toplasan, elə Lüksenburq qədər ərazi yaranar. Ağla-məntiqə ziyanlı olan müqayisələrlə bəzi məmurlar, deputatlar cəmiyyətdə olan narazılığı daha da artırdıqlarının fərqində belə deyillər”,-deyə ekspert əlavə edib.
“Bizim 20 məmurun villasını bir yerə toplasan, Lüksenburq qədər ərazi yaranar“
09
fevral
13:13
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev