Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Neftçala rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Bakisesi.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ordu sıralarından ehtiyata buraxılan gəncləri Vətən qarşısında müqəddəs vəzifələrini uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onların bundan sonra müxtəlif sahələrdə ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklərinə inam ifadə edib.
SHXÇDX-nin Neftçala rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, mayor Tofiq Mehdiyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən hərbi sahədə islahatların müvəffəqiyyətlə həyata keçirildiyini bildirib. Həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verib.
Gənclər adından çıxış edən Nicat Əsədov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini, daim ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə hazır olacaqlarını diqqətə çatdırıb.
Sonda ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
15
oktyabr
17:30
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev