Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü və Əhməd bəy Ağoğlunun 150 illiyi münasibətilə tədbir keçirilib.
Bakisesi.com xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov çıxışında diqqətə çatdırıb ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Azərbaycan bir əsrdə iki dəfə müstəqil, suveren dövlətini yaratmaq imkanına sahiblənib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə 70 ildən sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Rektor ölkəmizin tarixi taleyində ən şərəfli günlərdən biri olan 18 oktyabr 1991 –ci ilə qədər və ondan sonrakı dönəmləri detallı şərh etdi. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tərəfindən ,o cümlədən BMT-yə üzv qəbul olunmaqla (2 mart 1992) beynəlxalq aləmdə de-fakto tanındığını dedi.
Universitetin professoru Məhərrəm Zülfüqarlı “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağoğlunun istiqlal və hürriyət uğrunda mübarizəsi” adlı məruzəsi ilə çıxış edib.
ATMU-nun “İctimai fənlər” kafedrasının müəllimi Bünyamin Qənbərov, tələbə Əlisa Muradov və digər tədbir iştirakçıları 1991-ci ilin18 oktyabrınadək olan tarixi mərhələyə qısa ekskurs elədilər. “ATMU-nun ali təhsil müəssisəsi olaraq hər zaman müstəqilliyimizin möhkəmlənməsinə töhfə verəcəyi” fikrini xüsusi vurğuladılar.
Universitetdə toplantı
18
oktyabr
13:00
Qarabağ
KOMMENTLƏR
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
Şərqin ilk demokratik respublikası: 101 il öncə verilən tarixi qərar
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir
Tramp İlham Əliyevə məktub yazdı:
Prezident İlham Əliyev: Azərbaycan Prokurorluğu insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev