İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni” MMC məhkəməyə verilib.
HİT.Az xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Martın 12-də hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 5-nə təyin edilib.
MMC-nin vergi borcuna görə məhkəməyə verildiyi bildirilir.
Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.
Sahibi olduğu “Avesta Konserni” MMC tikinti şirkətidir. Şirkət “Xəzər adaları” layihəsinin sayəsində populyarlıq qazanmışdı. Bu layihənin müəllifi də Hacı İbrahim Nehrəmli idi. Lakin iş adamı layihəni başa çatdıra bilmədi. Bunun əsas səbəblərindən biri 2015-ci ildə “Beynəlxalq Bank”dakı kredit qalmaqalı idi.
Həmin vaxt məlum olmuşdu ki, Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsi üçün bankdan 850 milyon manat kredit götürüb. Odövrkü məzənnə ilə bu, 1 milyard dollardan artıq edirdi. Lakin iş adamı borcunun 450 milyon manat olduğunu iddia edirdi. İş adamı krediti ödəmədiyinə görə 2015-ci il mnayın 13-də Baş Mütəşəkki Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları tərəfindən saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.
Bir neçə gün əvvəl isə, “Avesta Konserni”ndə baş mühasib işləyən Vaqif Bağırovun cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı məlumat yayılmışdı. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Bildirilir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin icraatında araşdırılacaq. Vaqif Bağırov “İnterpol” xətti ilə beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi - Borc iş adamını işə saldı
19
mart
16:56

Qarabağ
KOMMENTLƏR
Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?
“AMAY Abdulla” məhkəməyə verildi - İş adamının başı dərddə...
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
DTX-nın həbs etdiyi Mahir Quliyev bu azərbaycanlı məşhurla — QUDA İMİŞ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat