Ötən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi tərəfindən keçirilən tender prosedurlarına yekun vurulması barədə məlumat verilib.Məlumatda daha çox diqqət çəkən məqam 7 milyon manat civarında dövlət satınalmalarının qalibi olan MMC-lərdir.Daha öncə satınalmalar barədə.
Aktualinfo.org xatırladır ki,“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə tədris vəsaitlərinin, digər malların (iş və xidmətlərin) satın alınması üzrə keçirdiyi tender proseduruna 25.12.2020-ci il tarixdə yekun vurulub və “Universitas-İnternational” MMC və “Nur-SS” MMC konsorsiumu ilə 5 976 966 manat dəyərində müqavilə bağlanıldığı elan olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi tərəfindən elan olunmuş, yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və mövcud peşə və kvalifikasiya standartlarının yenilənməsi xidmətlərinin satın alınması üzrə 900 000 manat məbləğində müqavilə 25.12.2020-ci il tarixdə “GLOBAL LEGAL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.05.2017-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 55, 6-cı mərtəbə, 48-ci ofis,qanuni təmsilçisi kimi Paşayev Araz Nadir oğlu qeyd edilib.
Elektron kütləvi informasiya vasitələrində yayılan məlumatlarda bu MMC-nin arxasında yüksək çinli bir məmurun dayandığı bildirilir. Yəqin belə olmasaydı qısa bir müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi bir neçə tenderin qalibi olmazdı.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR-SS” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.10.2004-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV, ev 13, m. 19, qanuni təmsilçisi kimi İbrahimov İbrahim Ədalət oğlu qeyd edilib.
Barəsində heç bir məlumat olmayan,ən azından bir veb səhifəsi belə olmayan bu MMC son aylarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların keçirdiyi onlarla tenderin qalibi olub. Qeyd edək ki, 2015-2016-cı illərdə Unibank” ın iddiasına əsasən kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məhkəmədə İbrahimov İbrahim Ədalət oğlu cavabdeh qismində cəlb olunanlardan biri olub. Maraqlıdır kredit borcuna görə məhkəməyə cəlb olunmuş bir şəxs milyonlarla manat dəyəri olan dövlət sifarişlərini necə həyata keçirir?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GLOBAL LEGAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 30.12.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 60, m. 89,qanuni təmsilçisi kimi Yəhyayeva Sevil Teymur qızı qeyd edilib.
Açıq mənbələrdə barəsində heç bir məlumat olmayan bu MMC-nin 1 milyon manat civarında dövlət sifarişini hansı maddi texniki baza ilə həyata keçirəcəyi də sual doğurur.Qeyd edək ki,bu MMC-nin də qanuni təmsilçisinin kimliyi maraqlı simadır.Bu olmaya Masallı rayon İcra Hakimiyyətinin sabiq İcra başçılarından olmuş Teymur Yəhyayevin qızıdır? Təbii ki,bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli daha yaxşı bilər.
Aktualinfo.org
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
28
dekabr
14:06
Qarabağ
KOMMENTLƏR
Dövlət Məşğulluq Xidməti 39 milyon manatlıq tenderə yekun vurub
Sahil Babayev özünə 4 müşavir, 213
“35 min manatlıq bayraq vətənpərvərlik deyil, vətəndaşa hörmətsizlikdir..."
“Yəqin şirkət nazir Sahil Babayevə məxsusdur. Adamın beyni “error” verir."
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nə baş verir? - İDDİA
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev