Müğənni Rəhim Rəhimli ARB televiziyasında yayımlanan "Özəl" proqramında qonaq olub. Musavat.com xəbər verir ki, Rəhim Rəhimli 20 il əvvəl ölkəni tərketmə səbəbini ilk dəfə açıqlayıb:
"Bu haqda hər kəs müxtəlif fikirlər səsləndirir. Bunu ilk dəfə açıqlayacam. Məcburi, kiminsə təkidi ilə getməmişəm. Sadəcə bəzi insanlarla aramda sözümün çəp gəlməsindən incimişdim. Buna görə ölkəni tərk etdim, ancaq gedəndə beş günlük, bir həftəlik düşünürdüm. Elə olmadı, beş il orada qaldım. Və etiraf edim ki, hamı elə bilirdi ki, Türkiyədə yaşayıram. Uzun müddət Moskvada oldum".
Sənətçi bayağı mahnılardan da danışıb: "Bayağı nə deməkdir? Heç kim başa sala bilmir. İndiki mahnılar anlaşılmır. Sosial şəbəkələrdə baxış sayı ilə ölçülür. Qəribə odur ki, o mahnıların kütləsi də var. Biz sənətə gələndə belə düşünmürdük. Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov dəsti-xəttlərindən əsər- əlamət qalmayıb".
Rəhim Rəhimli verilişlərdən də narazılıq edib: "Efirlərə baxıram, məni dəvət edirlər. Deməli, biri ailəsindən boşanıb, biri küsüb... Birinin ailə problemi müzakirə olunur. Sənətçini də bir saatda bir mahnı oxumağa çağırırlar. Mənim elə proqramda nə işim var?! Bu sənətçiyə, sənətə olan ən böyük təhqir və hörmətsizlikdir".
Rəhim Rəhimlidən şok etiraf: “Buna görə ölkəni tərk etdim”
28
mart
09:26
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev