Azərbaycan Respublikasının xalq artisti, opera səhnəmizin parlaq ulduzu Fidan Hacıyeva Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Murov qartalı” adlı mahnını tamaşaçılara təqdim etdi.
Bu əsərin söz və musiqisi şəhid - pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya məxsusdur. Bu əsəri Fidan Hacıyeva və Könül Hüseynova Aprel döyüşlərinin 5 illiyinə həsr etmişlər.
Onu da qeyd edək, vətənpərvərlik mövzusu Fidan xanımın yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Onun böyük səs imkanları, vətəninə olan sonsuz sevgisi, millətinin adı ilə anılan hər bir şeyə dərin hörmət və ehtiramı bu janrlı əsərlərin təfsirindəki uğurlarının əsas şərtlərindəndir. Heç də təsadüfi deyil ki, Fidan xanımın məhz bu ali vətənpərvərlik mövqeyi vətəninə həsr olunmuş əsərlərlə bahəm, şəhidlərimizin əziz xatirəsinə ithaf edilmiş mahnıların da milli musiqi xəzinəmizə bəxş edilməsi ilə xüsusi vüsət alır. Əsərin müəllifi Könül Hüseynovanın bu sayca üçüncü növbəti mahnısıdır. Belə ki, onun söz və musiqi müəllifi olduğu, Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərovun ifasında təqdim olunmuş “Yenilməzsən Azərbaycan” kompozisiyası, sözləri xalq şairi Vahid Əzizə məxsus, Böyük Teatrın solisti, Gənclər mükafatçısı Atəş Qarayev tərəfindən bu yaxınlarda təqdim olunmuş “Şəhidlik zirvəsində” adlı mahnıları böyük rəğbət qazanan əsərlər sırasındadır. Əsərin ərsəyə gəlməsində böyük xidmərləri olan, yüksək peşəkarlığı ilə seçilən, vətənpərvərlik, qəhrəman şəhidlərimiz mövzusundakı işlərdə öz dəst-xətti ilə fərqlənən Azad Vəliyevin xidmətlərini də xüsusilə vurğulamaq yerinə düşərdi. Artıq bir çox işlərdə birgə çalışan bu musiqiçilər qarşıda yeni-yeni vətənpərvərlik mövzusundakı işlərlə tamaşaçıları sevindirməkdə davam edəcəklər.
Şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunan mahnı - VİDEO
02
aprel
14:18
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev