Bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komistəsinin keçmiş sədri Nazim İbrahimovun Novxanıda yerləşən bağ evinin 6 milyon manata satışa çıxarıldığı ilə bağlı xəbərlər yayılmışdı. Sabiq komitə sədrinin öz bağ evini hansı məqsədlə satışa çıxarması ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, əsl səbəb məlum deyildi.
Teref.az xəbər verir ki, bunu Gün tv-nin təsisçisi Mehriban Sadıqova yazıb.
Daha sonra Mehriban Sadıqova yazır, qeyd edək ki, mətbuatda uzun müddət önəmli dövlət vəzifələrini tutan və qardaşlarının biznes fəaliyyətlərinə himayədarlıq edən Nazim İbrahimovun öz qardaşları ilə birgə dövlətin pullarını talamaqla məşğul olması haqqında bir sıra faktlara yer verilib.
Müxtəlif biznes layihələrini icra etmək adı altında mənimsənilmiş pullarla yanaşı, şəxsən Nazim İbrahimovun və qardaşlarının “Beynəlxalq Bank”, “Xalq Bank” və “Bank Respublika”-dan külli miqdarda kreditlər aldıqları məlumdur. Lakin kreditlərin ödənilməsi bu günədək həyata keçirilməyib.
Eyni zamanda Nazim İbrahimovun adı qardaşı Hacı İbrahimin "Xəzər adaları” adlı layihəsi ilə bağlı kredit qalmaqalında da hallanırdı. Lakin Hacı İbrahim “Xəzər adaları” layihəsini icra edəcəyini, bu sahəyə milyardlar yatıracağını desə də, o, Azərbaycan Beynəlxalq Bankı ilə problem yaşayıb. Layihə üçün bankdan götürülən kreditlərin ödənilməməsi Hacı İbrahimovun müflis olması və həbsə düşməsi ilə nəticlənib.
Bu məsələ ilə bağlı apardığımız araşdırma nəticəsində məlum olub ki, bağ evinin satış da oxşar şəkildə Nazim İbrahimovun “Beynəlxalq Banka” olan kredit borclarının bir qisminin ödənilməsi məqsədi ilə həyata keçirilib.
Lakin bağ evinin satış qiyməti olan 6 milyon manat Nazim İbrahimovun kredit borclarını ödəmək üçün yetərli deyil. Nazim İbrahimovun adına bundan dəfələrlə böyük miqdarda kredit yükü mövcuddur. Nazim İbrahimovun borcları təkcə ödənilməmiş kreditlərlə də yekunlaşmır. Onun müxtəlif şəxslər və qurumlar qarşısında da ciddi maliyyə öhdəliklərinin olduğu məlumdur. Nazim İbrahimovun isə bu məbləğdə borclarını ödəməsi mümkün görünmür.
Məhz bu səbəblə də adı çəkilən banklar Nazim İbrahimovun borclarının ödənilməsi ilə bağlı hüquqi prosesə start veriblər. Məlumatlara görə, ödənilməmiş kreditlərlə bağlı Nazim İbrahimovun digər mülklərinin əlindən alınması prosesi artıq başlayıb. Artıq Nazim İbrahimova məxsus olduğu bilinən və Nizami metrosu yaxınlığında yerləşən qara mərmərli yaşayış kompleksi borca görə sabiq komitə sərdinin əlindən alınıb. Hələ ki, mətbuatda işıqlandırılmayan bu məlumatların yaxın zamanda ictimaiyyətə açıqlanacağı bildirilir.
Digər tərəfdən son günlərdə Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanovun Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun ailə şirkətini idarə etdiyi barədə məlumat yayılıb. Bildirilib ki, Nazim Qaraxanov 2008-ci ildə Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimovanın təsisçiliyi ilə qeydiyyatdan keçmiş "Caspiline" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Eyni zamanda Nazim Qaraxanov Nazim İbrahimovun komitə sədri olduğu dövrdə şöbə müdiri vəzifəsində çalışıb. Bankların kredit borcu ilə bağlı adı çəkilən şirkətə və Nazim İbrahimovun digər mülklərinə də əl qoyulacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl də Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbahimovun qanunsuz əməlləri ilə bağlı araşdırma yayınlanmışdıq. Araşdırma nəticəsində vəzifədə olduğu dövrdə öz vəzifə səlahiyyətlərin istifadə edən Nazim İbrahimovun özünə və qardaşlarına biznes şəbəkəsi qurduğu haqqında faktlar müəyyən olunub. Nazim İbrahimovun qardaşları ilə birgə bir sıra banklara, müxtəlif şəxslərə və qurumlara böyük miqdarda borclarının olduğu və yaxın zamanda bu borcların səs-sorağının ortaya çıxacağını bildirmişdik.
Komitə sədri olduğu dövrdə ancaq öz şəxsi məqsədlərini və biznes maraqlarını düşünən Nazim İbrahimov gözəl və cazibədar xanımları ətrafına toplayıb, iş adı altında eyş-işrətlə məşğul olarkən yəqin ki, bu günlərin gələcəyini təsəvvürünə gətirmirdi.
mənbə:Mehriban Sadiqova
Nazim İbrahimovun mülkləri əlindən alınır – Proses başlandı
04
aprel
10:39
Qarabağ
KOMMENTLƏR
Nazim İbrahimovun ailə şirkətini kim idarə edir? - SƏNƏD
Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun Almaniyadakı iri avtomobil satış mərkəzi bağlanır
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər
ATV-nin keçmiş sahibinin Londondakı şirkəti ləğv olundu
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev