Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş sahibi Tağı İbrahimovun Londondakı şirkətinin - STONE'S ENTERPRISES LTD-nin qeydiyyatı Britaniya Şirkətlər Evi tərəfindən ləğv edilib. Buna səbəb şirkətin maliyyə hesabatının təqdim edilməməsi olub.
Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Məlumatda deyilir ki, Britaniya Şirkətlər Evi ötən il noyabrın 3-də bununla bağlı Tağı İbrahimova xəbərdarlıq göndərsə də üstündən iki ay keçməsinə baxmayaraq müvafiq sənədlər təqdim olunmayıb. Xəbərdarlıqda bildirilirdi ki, səbəb göstərilmədiyi təqdirdə şirkət yuxarıda göstərilən tarixdən ən azı 2 ay sonra reyestrdən çıxarılacaq və ləğv ediləcək. Bu xəbərdarlıqdan sonra şirkət ləğv edildikdə sahib olduğu və ya etibar etdiyi bütün mülkiyyət və hüquqlar, şirkət "bona vacantia" sayılır və Birləşmiş Krallığın mülkiyyətinə keçir.
Tağı İbrahimova verilən möhlət başa çatıb və Şİrkətlər Evi tərəfindən bu il yanvarın 19-dan şirkətin fəaliyyətinin rəsmi dayandırılması, mülkiyyətinin İngiltərə xəzinəsinə verilməsi barədə qərar verilib.
STONE'S ENTERPRISES LTD 2019-cu ilin fevralın 1-də təsis edilib. Biznes təsnifatına görə şirkət beton, suvaq və sement məmulatlarının istehsalı, yolların və avtomobil yollarının tikintisi sahəsində fəaliyyət göstərib.
ATV-nin keçmiş sahibinin Londondakı şirkəti ləğv olundu
15
yanvar
10:25

Qarabağ
KOMMENTLƏR
Sabiq nazir müflis ola bilər... - Avropadakı biznesi çökür
Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - VİDEO
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
Azər Kərimlinin oğlu şirkətlərini ləğv etdi: Dövlət işinə gedir - Foto
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat