Gədəbəy rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, rayonun Qumlu kənd sakini, 1999-cu il təvəllüdlü Ə.V-nin orta məktəbin 8-ci sinfində oxuyan və həmin vaxt 16 yaşı tamam olmamış T.M ilə cinsi əlaqədə olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə açılmış işin məhkəmə istintaqında maraqlı faktlar üzə çıxıb.
Bəlli olub ki, rayonun Söyüdlü kənd sakini olan, 2003-cü il təvəllüdlü T.M ilə Qumlu yaşayış massivində yaşayan Ə.V arasında sevgi münasibəti olub. Oğlanın ailəsi elçi gəlsə də, qızın ailəsi onun yetkinlik yaşına çatmamasını əsas gətirərək izdivaca razı olmayıb. Daha sonra Ə.V məktəbli qızı qaçırıb. Lakin qızın ailəsi onu geri qaytarıb. Bir müddət sonra isə qızın qardaşı bacısını istəyən Ə.V-ya zəng edərək gəlib bacısını qaçırmasını bildirib. Bundan sonra gənc oğlan sevdiyi qızı qaçıraraq əvvəlcə bacısının qayınanasıgilə, bir neçə saat sonra isə ata evinə aparıb.
Həmin günün gecəsi onlar qarşılıqlı razılıq və heç bir təzyiq olmadan cinsi əlaqədə olublar. Ailələr kiçik məclis keçirərək övladlarının evliliyinə xeyir-dua veriblər. Hadisədən təxminən 10 ay sonra ailədəki keçimsizlik səbəbindən yeniyetmə qız ata evinə qayıtmalı olub. O, 1 ay sonra ata evində qız övladı dünyaya gətirib.
Övladı dünyaya gəldikdən sonra Ə.V atası və anası ilə Söyüdlü kəndinə gələrək həyat yoldaşını və körpə övladını evlərinə aparıb. Lakin 1 ay sonra o, yenidən T.M və körpəni qayınatasının evinə gətirərək daha bir yerdə yaşamaq istəmədiyini bildirib.
Ə.V-nin yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olması, onu hamilə qoyması faktı üzə çıxdıqdan sonra Gədəbəy rayon Polis Şöbəsində onun barəsində cinayət işi açılıb.
Məhkəmə Ə.V-nin səmimi şəkildə ailə qurmaq istəməsini, cinsi əlaqədə olarkən bunun cinayət əməli ola biləcəyini bilməməsini, qarşı tərəfin barışığa razı olmasını və sair nəzərə olaraq onun barəsində 1 il müddətinə şərti cəza təyin edib.
Azərbaycanda gənc 8-ci sinif şagirdini qaçırıb cinsi əlaqədə oldu - CİNAYƏT İŞİ
08
aprel
11:24

Qarabağ
KOMMENTLƏR
Hadi Rəcəbliyə məxsus "Palıdlı sahil" otelində cinayət - Prokurorluğun məlumatı
15 yaşlı qıza təcavüz edən sabiq polis həbs edildi
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
Bakıda şok olay - “Kişi“ 15 yaşlı qızı aldadıb cinsi əlaqədə oldu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat