Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilmişdir) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.
Lənkəran rayon prokurorluğundan verilən məlumatda bildirilir ki, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26.08.2020-ci il tarixdə, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış və 07.12.2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
30.09.2020-ci il tarixdə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında 27.01.2021-ci il tarixdə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcəkdir.
15 yaşlı qıza təcavüz edən sabiq polis həbs edildi
28
yanvar
16:23

Qarabağ
KOMMENTLƏR
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
Bakıda 3 uşağa qarşı seksual zorakılıq edən futbol məşqçisindən XƏBƏR VAR
Bakıda şok olay - “Kişi“ 15 yaşlı qızı aldadıb cinsi əlaqədə oldu
Azərbaycanda kişi bacısı qızına təcavüz etdi - MƏHKƏMƏ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat