Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yetkinlik yaşına çatmayan Bəsti Cahanovaya (ad şərti olaraq qeyd edilib) qarşı polis nəfəri Mirsahib Kazımzadənin seksual xarakterli hərəkətlər etməsi barədə məlumatlar yayılıb.
Lənkəran rayon prokurorluğundan Qaynarinfo-ya verilən məlumata görə, bununla bağlı qeyd edirik ki, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26.08.2020-ci il tarixdə, saat 23 radələrində "Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb və 07.12.2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
30.09.2020-ci il tarixdə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında 27.01.2021-ci il tarixdə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaqın qısa müddət ərzində tamamlanaraq məhkəməyə göndərilməsi təmin ediləcəkdir.
Hadi Rəcəbliyə məxsus "Palıdlı sahil" otelində cinayət - Prokurorluğun məlumatı
28
yanvar
22:32

Qarabağ
KOMMENTLƏR
15 yaşlı qıza təcavüz edən sabiq polis həbs edildi
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
Bakıda 3 uşağa qarşı seksual zorakılıq edən futbol məşqçisindən XƏBƏR VAR
Bakıda şok olay - “Kişi“ 15 yaşlı qızı aldadıb cinsi əlaqədə oldu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat