Azərbaycanda tanınmış iş adam Hacı İbrahim və ya İbrahim Hüseyn oğlu İbrahimov öz şirkətin rəhbərliyindən də istefa verib.
Bu barədə Banker.az-ın şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumatda deyilir.
Məlumata əsasən, bundan sonra “Avesta Konserni”nin rəhbərliyi Araz Nadirov Ələsgər oğluna tapşırılıb.
62 yaşlı Hacı İbrahim Azərbaycanda tikinti sektorunda bir sıra “partlayış” layihələri ilə gündəmi tutsa da sonradan külli miqdarda borclara görə bu layihələrini özü gerçəkləşdirə bilmədi.
Məsələn, onun məşhur Xəzər Adaları (Khazar Islands) bir milyon əhalini süni adalar üzərində məskunlaşdıra biləcək şəhəri əhatə edən bir layihə idi. Bu layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxarılmışdı. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Adalarda eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi) tikilməsi planlaşdırılırdı. Layihə ilkin olaraq başlayarkən 2020-2025-ci illərdə başa çatması proqnoz edilirdi.
Sonradan iş adamı yerli mediaya açıqlamasında dövlət qarşısında külli miqdarda borcu olması səbəbindən milyardlıq layihəsi “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verdiyini bildirmişdi:
“Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum”.
İş adamı Hacı İbrahim öz şirkətinin rəhbərliyindən istefa verib
08
aprel
23:51
Qarabağ
KOMMENTLƏR
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi - Borc iş adamını işə saldı
“XƏZƏR ADALARI”NA “SİLİNƏN” MİLYARDIN QARABAĞ SAVAŞINDAKI ƏKS-SƏDASI... – Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?
Fırıldaq layihələrin müəllifi niyə yoxa çıxıb?
DTX-nın həbs etdiyi Mahir Quliyev bu azərbaycanlı məşhurla — QUDA İMİŞ
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev