“Samirə Yusifqızı kimi populyar meyxanaçı-müğənni gedib taksi sürücüsü işləyir. Mən özüm buna pis baxıram, müğənni öz peşəsi ilə məşğul olmalıdır, amma nə etsin?”
Bu sözləri tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Əli Mirəliyev deyib.
İfaçı pul qazanmaq üçün Rusiyaya üz tutan müğənnilərin başqa çarəsi olmadığını deyib:
“Müğənni olana qədər bu insanlar çalışırlar, səslərini yazdırırlar, xərcə düşürlər, mahnı alırlar, müxtəlif estetik əməliyyatlar etdirirlər. Elə belə gəlib efirə çıxmırsan ki... Lakin indi vəziyyət başqadır. Samirə Yusifqızı kimi populyar meyxanaçı-müğənni gedib taksi sürücüsü işləyir. Mən özüm buna pis baxıram, müğənni öz peşəsi ilə məşğul olmalıdır, amma nə etsin? Harda müğənnilik etməlidir? Hamamda oxusun?! Nə konsert, nə də toy var. Özü də bir ili keçib artıq. Bu gedişlə iki il olacaq. Ona görə Rusiyaya gedən müğənniləri qınamıram”.
İfaçı Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın ora yollanan həmkarlarını tənqid etməsinə də münasibət bildirib. Ə.Mirəliyev qeyd edib ki, bu cür hərəkətlər müğənnilərimizin adına ləkə gətirir:
“Bildiyiniz kimi, bir neçə gün əvvəl Rəqsanə İsmayılova da Rusiyadakı bəzi müğənnilər haqda pis sözlər dedi. Dedi ki, gəlib burda min cür oyun çıxarırlar. O gün Cavanşir Məmmədov da mənə dedi ki, Moskvada biabırçılıqdır. Bizim müğənnilər orada oğlanlı-qızlı oyun çıxarırlar, pula görə adlarına layiq olmayan hərəkətlər edirlər. Bilisiniz, mərdi qova-qova namərd eləmək düzgün deyil. Mən yüz dəfə də desəm ki, düz eləmirlər, yenə alınmayacaq. Bəs nə etsinlər? Nə ilə dolansınlar? Bu qədər qiymət artımının arasında necə yemək alsınlar? Dövlət yardım eləmir, zavod-fabrik yoxdur ki, gedib işləsinlər. Adama sual verərlər ki, bəs müğənni nə etsin? Moskvaya getməsin, ora-bura getməsin, Bakıda isə hər şey ölüdür, nə ilə dolansın? Indi də üçüncü dalğa gəlir, hələ bilinmir... Bu millət batıb.
Rusiyaya gedənlər heç müğənni də deyil axı, onlar müğənniciklərdir. Müğənni olmaq niyyətindədirlər. Əsl müğənnilər, sənətçilər dövlətdən təqaüd alır, müxtəlif universitetlərdə dərs deyib maaşını alır. Bu müğəniciklər nə etsin bəs? Bədənini, oxumağın və s harada nümayiş etdirsin? Bununla razılaşmaq lazımdır. Allah xalqımıza rəhm eləsin”.
“Müğənnilərimiz Moskvada min oyundan çıxırlar“ - Əli Mirəliyev
16
aprel
15:02
Qarabağ
KOMMENTLƏR
Azərbaycanlı müğənni taksi sürücülüyünə başladı — Toylar olmadığı üçün – FOTOFAKT
“Mən müğənni deyiləm, müğənnilərin qənimiyəm“ Əli Mirəliyev
Meyxanaçı Samirə oğlunun müalicəsinə görə evini satır
Rəqsanə Xocalı soyqırımı günü toyda oxuyub? - Video
Meyxanaçı pulsuzluqdan taksi sürməyə başladı - AÇIQLAMA
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev