“Adama deyərlər ki, nəyiniz çatmırdı, ay bədbəxtlər, niyə qudurdunuz? İndi gedin, prezidentimiz dediyi kimi “iti qovan kimi qovuruq onları”.
 Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Müğənni ermənilərin bizim torpaqlarda dövlət qurduğunu bildirib:
“Biz Aftandil İsrafilovun ansamblıyla, Sakit Məmmədov, Firuzə İbadova və digər yoldaşlar Şuşada kosert vermişik. Orda Gerorgi adlı birinci katib var idi, hətta orda onu ələ saldım, dedim ki, bizim torpaqda oturub ağalıq edirsən, qonaqlara qulluq elə. O, yaltaq kimi danışırdı, amma mən acı-acı danışırdım, bunların simasını bilirəm axı. Katib dedi ki, “sən hardan gəlmisən, müğənnilər belə sərt olmur axı”. Dedim ki, mən müğənni deyiləm, müğənnilərin qənimiyəm. Şuşada konsert salonlarında elə şərait var idi, o heç bizdə yox idi. Məsələn, mən Martunidə konsert salonuna girəndə elə bildim Fransadayam. Dedim Azərbaycanın sahibi bizik ermənilər burda ağa kimi yaşayırlar. Bunlar bizim qanımızı içdilər, Bakıda ən qəşəng evlərdə, şəhərin mərkəzində onlar yaşayırdı. Xocalıda bizə qarşı soyqırım etdilər. Allah rusa lənət eləsin, hamısını onlar elədi. Amma bu gün rus səsini kəsib, çünki haqsızdır. Ermənilər adam deyil, onlarla bizim yaşamağımız mümkün deyil. Gec-tez onlar yenə bizə qarşı müharibəyə başlayacaqlar. Onları elə qovmalıyıq ki, rədd olub Rusiyaya, Fransaya getsinlər”.скачать dle 12.1