"Şikayətim "Optimal Elektroniks"dəndir. 1 həftə öncə online sifarişlə ütü aldım. Ütü yaxşı buxar vermirdi... səsi varıydı deyə bəyənmədik". DİA.AZ bildirir ki, bu barədə Namiq Rüstəmov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.

"Optimal Elektroniks"dən OPTİMAL FIRILDAQ...

Narazı vətəndaş daha sonra yazır: "Qaytarmaq istədim. Dedilər apar servisə. Apardım, servis işləmirdi. Zəng etdim, dedilər "6-cı gündür, ona görə işləmir, verin yanındaki dükana, servis özü gəlib götürər." Nəisə, mən də elə elədim. İndi zəng edib dedilər ki, "qaytarma tələbiniz imtina olundu, çünki məhsul yaxşı işləyir və istifadə izləri var". Baş ofislərinin adresini istədim, dedilər ki, "baş ofisimizin adresi deyilmir"".
скачать dle 12.1