"2-3 həftə olar, anamgil evə yeni soyuducu alıblar Baku Electronics -dən. Soyuducu evə gətirilib quraşdırılan gün anam dedi ki, bu səs eləyir və qızır. Videosunu çəkib, evdə elə bil məhlənin transformatoru işləyir". DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş Nərmin Məmmədova şikayətində qeyd edib.
Daha sonra narazı vətəndaş yazır: "Zəng eləyiblər servisə, usta gəlib evə səsi ölçməyə. Usta səsi ölçməzdən əvvəl deyib ki, bu model üçün normal səs 36 desibelə qədərdir. Amma 40 göstərsə də biz normal sayırıq. "Ok", bununla razılaşdıq. Usta səsi ölçüb, aparat göstərib 60 desibel. Usta deyib ki bu soyuducu xarabdır, mən servisə deyəcəm, sizin soyuducunu dəyişəcəklər.
Dedik, nə yaxşı, məsələ həll olundu. Deməz olaydıq. 2 gündən sonra servisdən evə zəng gəldi ki, sizə bir usta da gəlir. Səbəbini bilmədik, dedik gəlsin day, keçib. Usta gəldi ki bəs səsi yenə ölçməliyəm, başqa aparatla. O biri ustanın aparatı xarab imiş, məni göndərdilər ki, bir də ölç. Ölçüb, aparat göstərib 34 desibel. Elə o ustanın yanında atam birinci ustaya zəng edib ki bəs bu nə deməkdir? Sən gəlib ölçüb 60db deməmişdin? Bu da deyib ki, hə, amma sonra SERVISDƏN MƏNƏ DEDILƏR KI, 60 OLA BILMƏZ, SƏNIN APARATIN XARABDIR, BAŞQA USTA BIR DƏ ÖLÇSÜN.
Adama deyərlər, uşaq başı aldadırsız? Necə yəni, servis usta göndərir evə, usta deyəndə ki soyuduci xarabdır buna deyirlər yox, xarab olan sənin aparatındır.
Nə isə, indi nə edəcəyimizi bilmirik. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət olunib, amma görünən odur ki, bu xarab soyuducu qalır boynumizda və 1500 AZN zibilə atılmış olur.
Deməyim odur ki, ilin günün bu vaxtı Baku Electronics müştərilərini aldatmaqla məşğuldur, amma mən bu məsələni belə qoymayacam. Lazım gəlsə, məhkəməyə qədər yolumuz var".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
"İlin-günün bu vaxtı "Baku Electronics" müştərisini aldadır..." - GİLEY
19
noyabr
10:32
Qarabağ
KOMMENTLƏR
“İrşad”da başbilən bir adam varsa... – Şikayət
Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO
Gövhər ağa məscidinin damını təmir edən usta: “Onu öz əllərimizlə yenidən bərpa edəcəyik” - Video
Gəncədə usta 6-cı mərtəbədən yıxılıb öldü
Müştərilərin “Baku Electronics”dən narazılığı səngimir: - Mağaza tanınmış şəxsin anasını necə aldadıb?
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev