Son günlər vətəndaşların şəxsi avtomobillərində tibbi maskadan istifadə etmələri ilə bağlı məsələ gündəmə gəlib.
BAKU.WS-in “qaynar xətt"inə bununla bağlı müxtəlif şəxslər fikir bildirirlər.
Çoxu deyir ki, yol polisi sürücünü saxlayır və şəxsi maşınında maska taxmadığına görə sürücüyə irad bildirir. Bəziləri isə şəxsi avtomobilində maska taxmamağa görə cərimə olunacaqlarından narahatdırlar.
Şəxsi avtomobilində sürücü tək olarkən maska taxmayanda cərimə olunacaqmı?
Yaranmış suallara aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, polis vətəndaşı maşının içində tək olanda maska taxmadığına görə cərimələmir:
“Buna baxmayaraq, hər kəs buna əməl etməlidir. İnsanın şəxsi məsuliyyətindən asılı olan məsələdir. Bakıda sürücülər 4-5 saat fasiləsiz avtomobil idarə etmirlər. Onlar işıqforda saxlayırlar. Bundan başqa, kimisə avtomobilinə mindirə bilərlər. Sürücü düşüb marketə girir, yanacaqdoldurma məntəqəsinə daxil olur.
Eyni zamanda şəhər içində hərəkət təcrid olunmuş hərəkət deyil. Ünsiyyət minimuma endirilməyib, əksinə maksimumdur. Sadəcə olaraq kimsə piyada gedir, kimisi isə maşınla. Sürücü kiməsə yardım məqsədilə maşını saxlayıb çölə çıxa bilər.
Ən azından xüsusi karantin rejimi davam edir. Bunun tələblərinə mütləq əməl etmək lazımdır. Vətəndaş istənilən halda şəxsi avtomobilini idarə edərkən belə tibbi maskadan istifadə etməlidir”, - deyə bildirilib.
DİN-dən bildirilir ki, polis vətəndaşa şəxsi maşınında gedərkən maska taxmağı tövsiyə edə bilər:
“Əgər sürücünün maskası yoxdursa, ona tibbi maska tapmaqda yardım edə bilər. Bu dəqiqə çox yerdə tibbi maska satılır və paylanır. Çünki bu, zəruri məsələdir”.
Sürücü şəxsi maşınında tək olduğu halda maska taxmadığına görə cərimələnəcəkmi? — RƏSMİ
08
may
18:22
Qarabağ
KOMMENTLƏR
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
Tibbi maska satan şirkətdə silahlı insident: 4 nəfər güllələndi (FOTOLAR)
“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
Bəlkə, maska taxmamaq “bomba oğlan” ya da “bomba qız” anlamını verir?
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev