"Koronavirusa yoluxan insanda əlamətlər bir neçə gün əvvəldən özünü göstərir, sadəcə olaraq, insanlar əhəmiyyət vermir".
Bakisesi.com-un xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib: "İnsan virusa yoluxur, amma gözləyir ki, ortaya çıxan əlamətlər bir neçə günə keçər. Daha sonra xəstəxanaya gələndə ağırlaşma baş verir. Ağırlaşma da hamıda baş vermir. Yanaşı gedən xəstəliyi, müəyyən patalogiyası olan insanlarda bunlar baş verə bilir".
Həkim bildirib ki, hərarət, boğazda ağrılar, öskürək, zəiflik, halsızlıq, sümük-əzələ ağrıları, iştahsızlıq, qusma və ishalın meydana çıxması kimi əlamətlər, xüsusilə temperatur fonunda ortaya çıxırsa, koronavirusa görə yoxlanmaq vacib şərtdir.
C.İsayevin sözlərinə görə, virusun ciyərlərə mənfi təsir etməsi fərdi xüsusiyyətlərdən asılıdır: "Ola bilər ki, kimdəsə bir həftəyə, başqa birində iki həftəyə özünü göstərir".
İnfeksionist zoğal mürəbbəsi, kəklikotu, zəncəfilli çaydan istifadənin koronaviruslu xəstələrə faydalı olduğunu, lakin ağır xəstələrin mütləq xəstəxana şəraitində müalicə olunmasının vacibliyini qeyd edib: "Evdə müalicəsinə qərar verilən xəstələr də mütləq həkim nəzarəti altında olmalıdır".
Baş infeksionist koronavirusa görə edilən test cavablarının gec çıxması məsələsinə də münasibət bildirib: "Əvvələr testlərin cavabı gec çıxsa da, son vaxtlar müəyyən qədər irəliləyiş var. Götürülən analizlərin nəticəsi bir-iki günə məlum olur və SMS-lə xəbər göndərilir.
Koronavirus başlayandan müzakirə olunurdu ki, yüngül xəstələr evdə özlərini karantin rejimində saxlasınlar evi tərk etməsinlər. Həm özlərini, həm də digər insanları qorusunlar. Bununla bağlı hələ ki, qərar verilməyib".Lent.az
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
28
iyun
13:33
Qarabağ
KOMMENTLƏR
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” - Baş infeksionist
4 gündə beyini sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan
''Oğlum koronavirusa limon və zəncəfillə qalib gəldi''
Qaraciyərin toksinlərlə dolu olduğunu bildirən ƏLAMƏTLƏR
Bərbərxanalar və gözəllik salonları bu tarixdən fəaliyyətini BƏRPA EDƏ BİLƏR — AÇIQLAMA
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev