Qaraciyər bədəndən toksinləri təmizləyən orqandır. Lakin qaraciyərin toksinlərlə dolu olması fəaliyyətinin pozulmasına səbəb olur.
Qaraciyər yediklərinizi vücudunuzun istifadə edə biləcəyi qida halına salır, fermentləri və digər zülalları ifraz edir, bədənin dəmir, vitamin və enerji ehtiyatını təmin edir. Bədəninizə zərər verə biləcək dərman və alkoqol kimi zəhərli maddələri təmizləyir. Vücudunuz üçün çox vacib olan bir orqana biganə yanaşmaq əlbət ki, olmaz.
Milli.Az publika.az-a istinadən bildirir ki,qaraciyərin toksinlərlə dolu olduğunu göstərən əlamətlərlə tanış edir.
Qaraciyərdə ağrı
Qarnınızın yuxarı sağ hissəsində ağrı varsa, bu, qaraciyərinizdə problem yarana biləcəyinə işarədir. Adətən statik bir ağrıdır. Unutmayın ki, qaraciyər yediyiniz qidaları, eləcə də vücudunuzun istifadə edə biləcəyi qida maddələrinin tullantılarını təmizləməyə kömək edir. Hər hansı bir xəstəlik qaraciyərin funksiyasına mənfi təsir edir. Bu zaman orqan əziyyət çəkir və bədənə toksik əlamətləri göndərir.
Ayaqların şişməsi
Problemi görməzlikdən gəlsəniz, zəifləmiş qaraciyər skar toxuması yaratmaq hesabına özünü düzəltməyə çalışır. Skar toxuması nə qədər yüksək olsa, qaraciyərin işləməsi bir o qədər çətinləşir və hipertenziyaya səbəb olur. Nəticədə, ayaqlarda ödəm meydana gəlir. Ödəm ağrısız olsa da, hər iki ayaqda, xüsusilə baldırlarda nəzərə çarpır.Köklük hormon disbalansından qaynaqlanmırsa, həkim müayinəsindən keçin. Qaraciyər bütün toksinlərin (spirt, kimyəvi qatqılar, müəyyən dərmanlar və s.) öhdəsindən gələ bilmir. Odur ki, qaraciyər təmizləməsinə kömək etmədikcə arıqlamaq çətinləşir.
Gözlərin saralması
Bir insanın gözləri və ya dəriləri solğunlaşıb sarılığa doğru gedirsə, buna sarılıq xəstəliyi deyilir. Sarılıq sadəcə xəstəlik deyil, həm də bədəninizdə meydana gələn funksiya pozulmasının bir əlamətidir. Normada sarılıq xəstəliyi qaraciyərdə bilirubin çox yığıldıqda baş verir. Qaraciyərdə ölü qırmızı qan hüceyrələrinin parçalanması ilə bədəninizdə sarılıq meydana gəlir.
Xroniki yorğunluq
Xroniki yorğunluq sindromu uzunmüddətli qripə bənzəyir. Lakin xroniki yorğunluq diaqnozundan əvvəl simptomları ən az 6 ay yaşamalısınız. Bunun səbəbi qaraciyər zəhərlənməsidir.
Qaraciyərin toksinlərlə dolu olduğunu bildirən ƏLAMƏTLƏR
05
oktyabr
16:40
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev