Azərbaycanda 3 məşhur brendin sahibi olan şirkət müflis elan edilir.
Banker.az xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rafael Cəfərov 10C ünvanda yerləşən “M.Ş.” məhdud məsuliyyətli cəmiyyətinin müflis elan olunması barədə cəmiyyətin təsisçisi tərəfindən qərar qəbul olunmuş, “cəmiyyətin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur.
İddia tələbi üzrə baxış iclası 05.08.2020-ci il tarixdə saat 10:00-da keçirilmiş, mülki iş baxışa təyin edilmişdir. Məhkəmə baxışının iclası 21.08.2020-ci il tarixdə saat 10:00-da Bakı Kommersiya Məhkəməsinin binasında (AZ-1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi) hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəkdir.
Bildirək ki, məşhur “Dalğa”,”Balıqçı” və “Yelkən” brendlərinin sahibi “M.Ş” MMC-dir. Müəssisə balıq istehsalı və satışı ilə məşğuldur. “Dalğa” – ilk milli balıq brendidir. İstehsal ənənəvi üsulla aparılır və məhsullar alman avadanlıqları ilə qablaşdırılır.
“M.Ş.” Tam Ortaqlı Şirkəti 18 sentyabr 2000-ci ildə dövlət qeydiyyatından keçib, 2009-cu ildə MMC statusu alıb. “M.Ş.” MMC-nin nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Məlik Məmmədov Rəfail oğludur.
Onu da qeyd edək ki, 2017-ci ildə isə şirkət 10 milyon manata satışa çıxarılmışdır.//Bakı Səsi
Azərbaycanın balıq məhsulları şirkəti müflis elan edilir
08
avqust
14:24
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev