Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Pərviz Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Bakisesi.com xəbər verir ki, Bakı Apellasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, P.Quliyevin apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündə göstərilib ki, P.Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub. O, işə çıxmadan əvvəl heroin qəbul edib.
Hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini P.Quliyev idarə etdiyi “Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Bakıda avtobus sürücüsü heroin qəbul edib, piyadanı vurub öldürdü
04
oktyabr
16:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev