“Görün kim müstəqillikdən, dövlətçilikdən danışır!”
Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin YAP-çı deputatı Elman Nəsirov bildirib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın müstəqillik günü ilə əlaqədar keçirilən tədbirdə “iki erməni dövləti” barədə açıqlamasını şərh edib.
Ermənistan və qondarma “Artsax”ın adlarını çəkməzdən bir neçə gün əvvəl Paşinyan bölgədə bütün kommunikasiyaların açılmasının vacibliyindən və Türkiyə ilə əməkdaşlığa hazır olmasına dair açıqlamalar verib. Bu nə ilə bağlıdır? Daxili auditoriyaya hesablanmış mesajdır, yoxsa Ermənistanın xarici siyasət kursunda növbəti dəyişikliklər baş verib? 
Elman Nəsirov qeyd edib ki, Paşinyanın belə ikili açıqlamarı çox olub:
“Ermənistan sentyabrın 21-də müstəqilliyinin 30 illiyini qeyd edib. Yeri gəlmişkən, “müstəqillik” və “Ermənistan” sözləri bir-birinə ziddir. Bu sözlər qətiyyən bir-birilərinə yaraşmır. Ermənistanın 30 illik tarixi müstəqillik tarixi deyil. Bu tarix Ermənistanın müstəmləkə tarixidir. Ermənistan heç bir halda müstəqil bir dövlət olmayıb. Ərazisində Rusiya hərbi bazası olması da buna sübutdur. Bu ölkənin öz müstəqilliyinin 30 ilini qeyd etməsi belə ironiyadır. Görün müstəqillikdən, dövlətçilikdən kim danışır!”
Deputat hesab edir ki, Paşinyanın səsləndirdiyi fikirlər, “Artsax xalqı” ifadəsini işlətməsi və s. çox absurd və mənasız düşüncələrdir:
“Bu fikirlər onun irəli sürdüyü “5 illik hökümət proqramında” da öz əksini tapıb. Bunlar utopiyadır. Paşinyanın özü də çox ziddiyətlidir. Hakimiyyətdə olduğu müddətdə bir tədbirdə səsləndirdiyi fikrin tamamilə əksini başqa tədbirdə səsləndirib. Dəfələrlə bunun şahidi olmuşuq. Ona görə də Paşinyan bir yandan deyir ki, kommunikasiyalar bərpa olunmalıdır, əməkdaşlıq yolunun alternativi yoxdur, Türkiyə ilə münasibətlərin bərpası şərtdir, o biri yandan da Azərbaycanı ittiham edir ki, guya Azərbaycan əməkdaşlıqda maraqlı deyil”.
“Yenidən “Artsax” ifadəsi işlətmək və Qarabağı Azərbaycanın tərkibində görməmək, yəni Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmək və s. o qədər gülünc və mənasızdır! Ordusu darmadağın edilən, özü ağ bayraq qaldıran bir dövlətin rəhbəri bu gün revanşizm düşüncəsi ilə danışırsa, iki variant var: ya ağlını itirib, ya da ki, sərsəmliyi daxili auditoriya üçün edir”, – deyə Elman Nəsirov əlavə edib.
YAP-çı deputat vurğulayıb ki, əgər Ermənistan Üçüncü Qarabağ müharibəsinə başlasa, bu artıq Ermənistanın tam son deməkdir. “Bunun başqa variantı yoxdur. Gəldiyim əsas nəticə budur: təbiətin səhvi nəticəsində də belə ağılsız və xəstə məxluqlar dünyaya gəlib”.

скачать dle 12.1