“Azərbaycan Prezidentinin adı dünyanın hərbi zəfər tarixinə əbədi olaraq yazılıb. Bunu Azərbaycan xalqı və dünya ictimaiyyəti görür. Prezident İlham Əliyevin atdığı möhtəşəm addım, ölkənin ərazi bütövlüyünün bərpası və regionda sülhün, eyni zamanda təhlükəsizliyin təminatı istiqamətindəki fəaliyyəti, sözün həqiqi mənasında, onun Nobel Sülh Mükafatına layiq görülməsini labüd edir. Nəzərə almaq lazımdır ki, Ali Baş Komandan İlham Əliyev təkcə ərazi bütövlüyünü bərpa etməyib, regionda davamlı və dayanıqlı sülhün təminatı üçün çalışıb, əməkdaşlıq üçün müxtəlif formatlar təklif edib”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 

 
Parlament üzvü bildirib ki, son 200 il ərzində Azərbaycanın heç bir dövlət xadimi Prezident, Ali Baş Komandan İlham Əliyevin əldə etdiyi tarixi qələbəni qazana bilməmişdi: “Ötən illər ərzində Azərbaycan torpaqları işğal edilir, əlimizdən alınır və təcavüzə məruz qalırdıq, lakin qarşılığında heç nə edə bilmirdik. İlk dəfədir ki, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev həm güclü diplomat, həm də müzəffər sərkərdə kimi Vətən torpaqlarını işğaldan azad etdi. Tarix elmi sübut edir ki, tarixi hərbi zəfərə imza atanlar öz adlarını yalnız mənsub olduqları dövlətlərin və xalqların deyil, həmçinin dünya tarixinə birdəfəlik həkk edirlər. Ona görə də Azərbaycan Prezidentinin adı dünyanın hərbi zəfər tarixinə əbədi olaraq yazılıb. Bunu Azərbaycan xalqı və dünya ictimaiyyəti görür. Prezident İlham Əliyevin atdığı möhtəşəm addım, ölkənin ərazi bütövlüyünün bərpası və regionda sülhün, eyni zamanda təhlükəsizliyin təminatı istiqamətindəki fəaliyyəti, sözün həqiqi mənasında, onun Nobel Sülh Mükafatına layiq görülməsini labüd edir. Prezidentin təklif etdiyi ikitərəfli formata əsasən, Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan da sülh sazişi bağlaya, əməkdaşlıq edə bilər. Yəni, bütün bunları nəzərə aldıqda, Prezident İlham Əliyevin Nobel Sülh Mükafatına layiq oldugunu deyə bilərik. Bu, zamanın tələbidir. Xatırladım ki, analoji addımı vaxtilə ABŞ Prezidenti Bill Klinton atmışdı. Bir sıra münaqişələrin aradan qaldırılması, barışığın əldə olunmasına nail olmuş və Nobel Sülh Mükafatına layiq görülmüşdü. Fələstinin Ali Baş Komandanı Yasir Ərəfatı da buna misal göstərmək olar. Belə qənaətə gəlmək olur ki, elə şəxslər Nobel Sülh Mükafatına layiq görülür ki, onlar sülhün və təhlükəsizliyin bərpasına ciddi töhfələr vermiş olurlar. Cənubi Qafqaz uzun illərdir ki təhlükəli regiondur, amma nəhayət ki, cənab İlham Əliyevin rəhbərliyi altında regiona sülh və əmin-amanlıq gəlməkdədir. Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın sabiq Prezidenti Barak Obama da konkret addım atmasa belə, sülhpərvər təşəbbbüslərinə, nüvə silahının tamamilə ləğv edilməsi təklifinə görə Nobel Sülh Mükafatına layiq görülmüşdü. Yəni, sadəcə bəyan etdiyi siyasətə görə Nobel mükafatı alıb, lakin Azərbaycan Prezidenti İlham Əliyev bəyan etməyib, sülhün  bərpası üçün faktiki olaraq tarixi nailiyyətə imza atıb. Qısacası, böyük diplomat İlham Əliyevin Nobel Sülh Mükafatına layiq bilinməsi Azərbaycan cəmiyyətinin mövqeyi və zamanın çağırışıdır”.скачать dle 12.1