Bakı şəh., Xətai rayonu, Neapol küçəsi, ev 23, mən., 51-də yaşayan Zeynalova Nuridə Zakir , qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bir sıra aidiyyatı dövlət orqanlarının rəhbərlərinə işinə bərpa olunmağı ilə bağlı üzləşdiyi problemlərin həll olunmasına kömək göstərilməsi məqsədi ilə müraciət ünvanlanıb.
Aktualinfo.org vətəndaş Nuridə Bayramovanın sözügedən müraciətini olduğu kimi oxucularra təqdim edir.O, yazır:
Mən, orta təhsilli tibb işçisi olaraq 1990-cı ildən 2013-cü ilədək Səhiyyə Nazirliyi Xətai rayonunda yerləşən 6 saylı şəhər poliklinikasında baştib bacısı vəzifəsində işləmişəm. Həyat yoldaşım Zeynalov Mülkədar Şamil oğlu 1-ci Qarabağ Müharibəsində ağır yaralanıb və 1-ci qrup hərbi əlil kimi 2010-cu ilədək yaşayıb. Bundan sonra poliklinakının baş həkimi məni dəvət edərək bildirdi ki, sənin təzyiqin var. Sənə müalicə lazımdır Yaxşısı budur ərizə ver işdən çıx və müalicə olun sonra qayıdarsan. Əvvəl xoşluqla ərizə yazmaq istəmədim. O mənə təzyiqlə ərizəmi yazdırdı. Ancaq aradan keçən bu illər ərzində dəflələrlə işə bərpa olunmağım barədə mürəciətlər etsəm də müxtəlif bəhanələrlə məni başdan etdilər. Sonradan mənə aydın oldu ki, mənim yerimi başqasına satıblarmış. Əgər bu adamlarda insaf olsaydı Qarabağ Müharibəsinin 1-ci qrup əlilinin 2010-u ildə aldığı yaralardan vəfat etməsindən sonra gərək məni belə vəziyyətə salmayadılar. Nə olsun ki, ailə başçısının itirilməsinə görə pensiya təyin olunub. Əksinə mən iş yerimin rəhbərliyindən təzyiqlər yox, qayğı gözləyirdim. Budur, iş kollektivimin hamısı xahiş edirlər ki, qayıt işinə vakant yerlər də var. Amma baş həkim icazə vermir.
Həyat yoldaşım döüyüşlərdə göstərdiyi fədakarlıqlara görə dəflərlə təltif edilmişdir. Prezidentin Fəxri Fərmanına layiq görülmüşdür. Bütün bunlara baxmayaraq mənə qarşı olan bu münasibət mənəvi cəhətdən də mənə çox əzab verir. Axı mərhum həyat yoldaşım qanını br zabit olaraq Vətən torpağına tökməmişdi ki, onun ölümündən sonra məni işsiz qoysunlar.
Cənab Ali BaşKomandan İlham Əliyev və ölkəmizin 1-ci xanımı çoxhörmətli Mehriban Əliyeva Szdən xahiş edirəm ki, indiki iqtisadi vəziyyətimi və işimə olan hədsiz sevgini nəzərə alaraq mənim ömür boyu işlədiyim kollektivdə işləməyimə köməklik göstərəsiniz. Sağ olun.
Aktualinfo.org
6 saylı poliklinikada tibb bacısı hansı əsaslarla işdən çıxarıldı? - GİLEY
15
oktyabr
15:43
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı