Vətən Müharibəsinin şəhidi, 30 sentyabr tarixində cəbhənin Füzuli rayonu istiqamətində həlak olmuş Fərid Təşkilat oğlu Hacıyevin anası Zəminə Hidayət qızı Quliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, kömək istəyib.
Yenisabah.az xəbər verir ki, əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan və hazırda Biləsuvardakı məcburi köçkün qəsəbəsində yaşayan şəhid anası müraciətində bildirib:
“Hörmətli Prezident, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva,
Sizə müraciət etməyimə səbəb həyat yoldaşım Təşkilat Hacıyevin hazırda ağır vəziyyətdə olması və təcili köməyə ehtiyac duymasıdır.
Öncə onu qeyd edim ki, oğlumuz Fərid Hacıyev Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu kimi sentyabrın 27-dən başlayan Vətən Müharibəsinin ön sıralarında döyüşüb.
Sentyabrən 30-da isə cəbhənin Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.
Fərid Hacıyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezidentin 15 dekabr 20-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Digər oğlumuz isə hazırda cəbhənin Tərtər rayonu istiqamətində hərbi xidmətdədir.
Həyat yoldaşım Təşkilat Hacıyev oğlumuz Fəridin şəhid olmasından sonra ağır infarkt keçirdi və ürəktutması səbəbilə təcili olaraq “Zəfəran” klinikasında cərahiyyə əməliyyatına məruz qaldı. Təəssüf ki, həyat yoldaşım elə oradaca koronavirus infeksiyasına yoluxdu və biz onu çətinliklə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinə məxsus, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirə bildik.
Hazırda ağır vəziyyətdə olan Təşkilat Hacıyev həmin xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub və yaşam uğrunda mübarizə aparır.
Hörmətli Prezident və Birinci vitse-prezident,
Sizdən artıq dərəcədə xahiş edirəm ki, həyat yoldaşımın həyatda qalması üçün müvafiq yardım göstərilməsinə kömək edəsiniz.
Çünki oğlumuz Fərid Hacıyev şəhid olmazdan öncə vəsiyyətində üç azyaşlı övladını atasına əmanət edib. Şəhidin əmanətinə sahib çıxan atası isə ölüm-dirim arasında qalıb.
Sizə böyük inam və dərin hörmətlə Vətən Müharibəsi şəhidinin anası Quliyeva Zəminə Hidayət qızı (tel: 050 797-27-17)".
Şəhid atası ölüm ayağındadır - Ailə kömək gözləyir
18
dekabr
10:36

Qarabağ
KOMMENTLƏR
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizir
Qazi atası icra başçısından Prezidentə şikayət etdi: “Bir dəfə də olsun...” - FOTOLAR
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Birinci vitse-prezident İsmayıllıya səfər edib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat