Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır.
Aktyorun həyat yoldaşı Zərqələm Əliyeva Qaynarinfo-ya müsahibə verib. Aktyorun xanımı Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət edib.
- Novruz ölüm ayağındadır. Vəziyyəti ağır idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyət çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb, həkimlər də həyatı ilə bağlı heç nə demir. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq.
- Həkimlər xarici ölkəyə aparılmasını məsləhət bilir?
- Hə, amma gərək aparsınlar. Kim aparacaq? Novruzun kimi var? Ölkənin Birinci xanım Mehriban xanım Əliyevaya müraciət edirəm, Novruzun Türkiyədə müalicəsinə dövlət səviyyəsində kömək olunsun. Bu da bir ümiddir, bəlkə getsə, orada sağalar. Onun heç kimi, heç nəyi yoxdur. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verən aktyor müalicəyə pul tapmır. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı. Onun başına bir iş gəlsə, mən sakit oturmayacağam, bütün kanalları yığıb, ona edilən bütün haqsızlıqları açıqlayacağam. 55 ildir səhnədədir, Azərbaycan mədəniyyətinə xidmət edir, canını quyub teatra, bu idi onun qiyməti? Onun əziyyətini, zəhmətini bir dəfə qiymətləndirmədilər. Niyə? Novruz gör kimlərlə səhnədə olub? Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Ofeliya Aslan, Siyavuş Aslan kimi aktyorlarla səhnədə olub. Dünən səhnəyə gələn uşaq-muşağa belə ev veriblər, Amma Novruza bir otaqlı evi belə çox gördülər. Nə idi onun günahı? Ona bu saat Xalq artisti adı yaraşırdı, amma siz nə etdiniz? Prezident mükafatı alırdı, onu da əlindən aldılar. Novruzu diri-diri öldürdülər. Bunu eşidən kimi özünə qapandı, dərd çəkməkdən içi vərəm bağladı. Dərd onu öldürdü. Necə oldu ki, 55 il bir teatrda canını qoyana başını soxmağa sığınacaq verilmədi? 55 il səhnəyə xidmət edən Novruz kirayədə ölsün? Bu necə dünyadır? Ona qarşı bu laqeyid münasibət bizə çox təsir edir. Yazıq Novruz, bu boyda əziyyətdən sonra kirayədən qəbir evinə gedəcək. Ay teatra rəhbər şəxslər, buna necə baxırsınız?
- Evinin olmaması ilə bağlı aidiyyatı qurumlara müraciət edib?
- Əlbəttə, yazmadığı yer qalmadı, teleqram da vurmuşdu. Teatr rəhbərliyi də deyirdi ki, yazmışam, yazmışam, yalandan ümid verdilər, bu da son... Tutaq ki, evi vermədilər, bəs bu yaşında mükafatını niyə əlindən aldılar? 70 illik yubileyi oldu, teatrın yeganə qocaman aktyorudur, heç yada salan olmadı. Niyə? Adını da çəkmədilər. Onların başına bir oyun aşacağam ki... 55 il bir insan taleyidir. Belə böyük sənətkarlarla çalışan adamı ayaq altına atarlar? O, Xalq artisti adını alsaydı, mədəniyyəti ziyana salacaqdı? O da başqaları kimi sevinərdi. Teatrın rəhbərliyi də laqeyid yanaşdı, ona da sözüm var. Sən direktorsan, onun fəxri ad, ev alması üçün çalışmalı idin. Etmədi, ona görə də içi vərəmlədi. Bü gün xəstəxanada ağır vəziyyətdə qalıb heç maraqlanan yoxdur. Yenə sağ olsun jurnalistlər, zəng edib vəziyyətini soruşular. Mədəniyyət adamlarından bir adam onu axtarmır. Axırda mən özüm teatra məlumat verdim ki, Novruzun vəziyyəti pisdir, gücüm çatmır, mənə kömək etsinlər. Qayıtdılar ki, yanına gedəcəyik. Nə vaxt? Öləndən sonra? Bundan sonra kimə lazımdır? Qənirə xanıma əlim çatmır, ona da sözümü çatdırın. Novruzu ölməyə qoymayın...
Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər
26
noyabr
14:49

Qarabağ
KOMMENTLƏR
“Hamı Novruz Qartala baş çəksin, onun dostlarına ehtiyacı var" – Əməkdar artist (FOTO)
Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - GİLEY
Ramiz Novruzda xərçəng aşkarlandı
Xərçəngdən əziyyət çəkən Əməkdar artist TANINMAZ HALDA - VİDEO
Xəstəxanaya yerləşdirilmiş Əməkdar artistin vəziyyətindən xəbər var
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü
- Zelenski yeni komandanlar təyin etdi
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı